AXCP fəalının evinə gələn polis əməkdaşları onu ailəsi ilə təhdid ediblər. Bu haqda feysbuk səhifəsində Nicat Abdullah özü məlumat verib:
“Bu gün səhər saatlarında 3 avtomobil dolusu polis əməkdaşı yaşadığım evə gəlib, məni axtardığlarını deyiblər. Məni tapmadığlarından, əmim oğlunu aparmaq istəyiblər.
Sonra fikirlərini dəyişib, hədə-qorxu gəlməyə başlayıblar. Bəli, üç maşın “qanun keşikçisi”, evə soxulub, anamı, bacımı, həyat yoldaşımı aparacağlarını deyiblər. Ay adamlar, nə vaxt normal çağırdız, gəlmədim? Bəlkə hər üç mitinqdən öncə belə olmayıb? Bəs hanı hüquq, qanun, peşə etikası, özünə hörmət?
Nə deməkdi, ananı, bacını, həyat yoldaşını apararıq? Bu nə biabırçılıqdı, ölkəni idarə edənlər, bu sistemin başında duranlar, polisə göstəriş verənlər? Mənim siyasi mənsubiyyətim, siyasi baxışlarım mənə məxsusdur, mənim şüurlu seçimimidir. Buna görə başqalarını hədələmək hansı qanuna, dünya görüşünə, əxlaqa sığır? Bütün dünyaya tolernatlıq dərsi keçib, adamı ailə-uşaqla hədələmək nə deməkdir, cənablar?”
Oxunub: 370