ABŞ-ın aparıcı televizyalarından olan “CNBC”-yə müsahibə verən Misir prezidenti Əbdülfəttah əl-Sisi 3-ci dövr prezident seçkilərində namizəd olmayacağını açıqlayıb. O, bu qərarını malik olduğu prinsiplərlə əlaqələndirib.
“Misir xalqının istəyinə qarşı olaraq bir gün də prezident kimi qalmaq mənə uyğun deyil. Televiziyaya müsahibə verdiyim üçün belə danışmıram. Bunlar mənim malik olduğum prinsiplərdir”,-deyə Misir dövlət başçısı əlavə edib.
Qeyd edək ki, Misir Konstitusiyasına görə ölkə başçısı ən çox 4 illik 2 dövr ərzində vəzifədə ola bilər.
Misirdə prezident seçkilərinin 2018-ci ilin mart və ya aprel ayında baş tutacağı gözlənilir.
Əbdülfəttah əl-Sisi 4 il əvvəl sabiq prezident Məhəmməd Mursini hərbi çevrilişlə devirmişdi. Sonra keçirilәn seçkilərdə seçicilәrin 47,5 faizi iştirak etmiş vә Sisi 97 faiz sәs toplayaraq prezident seçilmişdi.
azadliq.info
Oxunub: 200