60 yerlik baxçanın tikintisinə 1 milyon 220 min maant xərclənibsə…
Ölkədəki sosial-iqtisadi vəziyyətin pisləşməsi, büdcənin hər il biraz da kiçilməsi hökumətin xasiyyətini qətiyyən dəyişmir. Həmişəki kimi yenə də müxtəlif adlar altında büdcənin evi yıxılır. Belə ki, ölkə başçısı fevralın 12-də Azərbaycan Respublikasının regionlarında uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, son illərdə ölkədə məktəbəqədər təhsil müəssisələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, müxtəlif şəhər və rayonlarda məktəbəqədər təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası istiqamətində uğurlu işlər görülüb. Xəbər verilir ki, 15 şəhər və rayonda uşaq baxçalarının tikintisinə 19.6 milyon manat pul ayurılıb.
Məsələn, Yevlax şəhərinin 31-ci məhəlləsində 60 yerlik uşaq bağçasının tikintisinə 1 milyon 220 min manat, Gədəbəy rayonunun Miskinli kəndində 60 yerlik uşaq bağçasının tikintisi 1 milyon 130 min manat, Qəbələ şəhərində 1 nömrəli 120 yerlik uşaq bağçasının tikintisinə 1 milyon 903 min manat, Lerik rayonunun Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisinə 1 milyon 161 min manat pul xərclənib.
Sanki, uşaq baxçalarının fsadını qızıldan tikirlər, sanki bu tikilərdə qeyri-adi yeniliklərdən istifadə olunub. Əslində isə vəziyyət fərqlidir. Əminliklə demək olar ki, bu tikililəri bir neçə ildən sonra təmirə dayandıracaqlar və tikilməsinə sərf olunan xərcin yarısı qədər də təmirə pul ayıracaqlar. Üstəlik, uşaq baxçaları pullu fəaliyyət göstərir. Yəni, vətəndaş uşağını baxaya qoymaq üçün mütləq “şirinlik” verməlidir.
Uzun illərdi Azərbaycanın sərvətləri bir qrup insan tərəfindən bu formada talan edilir. Bu qədər vəsait ayrılıb və nəticədə keyfiyyətsiz nümunələr ortaya qoyulacaq. Heç bir qurum bu qədər pulun hara xərcləndiyini, niyə 60 yerlik baxçanın xərcinin 300 ailəlik yaşayış binasının xərci qədər olmasını araşdırmır. Hamı öz “haqq”ını alır və bu tikililər “inkişaf” adıyla vətəndaşa təqdim olunur.
Hökumətin bütün işləri kimi tikinti işi də “analoqsuz”du. Məsələn, Təhsil Nazirliyi 2007-ci ildə Xaçmazın Qarabağlı kəndində məktəb tikib, eyni zamanda Yaponiya səfirliyi Qubanın Xanagah kəndində məktəb tikib. Hər iki məktəbin sinif sayı, ölçüləri eynidir. Amma Yaponiya səfərliyinin tikdiyi məktəb, Təhsil nazirliyinin tikdiyi məktəbdən təxminən 50 faiz ucuz başa gəlib.
Yəqin ki, Azərbayan hökumətinin 20 milyon manata tikdiyi uşaq baxçalarını yaponlar 9-10 milyon manata ərsəyə gətirərdilər.
Göründüyü kimi hökumət təkcə böyük işlərdən böyük pullar silmir, həm də uşaq baxçalarından böyük pullar qazanır.
Samir
Oxunub: 436