Azərbaycanda dərman vasitələrindən 2016-ci ildə 732 nəfər, 2017-ci ildə isə 714 nəfər zəhərlənib. Bu da onu deməyə əsas verir ki, ölkədə dərman vasitələrindən zəhərlənmələrinin sayı azalıb”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim – toksikoloq İsmayıl Əfəndiyev deyib.
Xəstələrin 17 faizini uşaqların təşkil etdiyini vurğulayan İ. Əfəndiyev qeyd edib ki, kəskin zəhərlənməyə ən çox yuxugətirici və qıcolma əleyhinə dərman preparatları səbəb olur.
Oxunub: 266