Neftçala sənaye məhəlləsində bədbəxt hadisə qeydə alınıb.
ARB TV xəbər verir ki, rayon sakini, 28 yaşlı fəhlə Mehman Kərimov sənaye məhəlləsində rəngləmə işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yerə yıxılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc yaxınlıqdakı adamların köməyi ilə Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Oxunub: 72