Fevralın 20-də Tehranda sufi müsəlmanlarla toqquşmalarda beş təhlükəsizlik əməkdaşı və bir sufi öldürülüb, 300 nəfər həbsə atılıb. Bu haqda polis fevralın 20-də məlumat yayıb.
Qonabadi ordeninin üzvləri polis məntəqəsi qarşısında dini icmanın azı bir üzvünün həbsinə etiraz etməyə toplaşıblar.
Fevralın 20-də polisin sözçüsü Saeed Montazer Almehdi deyib ki, İslam İnqilab Keşikçiləri Qvardiyasına bağlı Bəsici hərbi qüvvəsinin iki üzvü öldürülüb.
Montazer Almehdi avtobusun sürücüsü daxil olmaqla, 300-dən çox adamın həbs olunduğunu bildirib.
Ancaq bu rəsmi rəqəmi dəqiqləşdirmək mümkün olmayıb.
Bir videoda etirazçılar təhlükəsizlik qüvvələrinə deyirlər ki, savaşmaq istəmirlər, amma başqa seçimləri də yoxdur.
Qonabadinin 90 yaşlı lideri Nurali Tabandeh-in tərəfdarları onun Tehrandakı evinin yanında oturaq aksiya keçirirlər, onun polis tərəfindən saxlana biləcəyindən narahatdırlar.
azadliq.org
Oxunub: 406