Dövlət Təhlükəsizlik Xidməti dekabrın 19-da ictimaiyyət üçün maraqlı olan daha bir həbs barədə məlumat yayıb. Bəlli olub ki, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin və 2 müavininin həbsinin ardınca Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov da həbs edilib.
DTX-nın məlumatında Q.Səmədovun bir sıra korrupsiya əməllərinə yol verməkdə şübhəli bilinərək həbs olunduğu deyilir.
Q.Səmədov icra başçısı vəzifəsindən bu ilin noyabrında azad edilib.