
Virus yaymaqda ittiham olunan Mehdi İbrahimovun girov olduğu təsdiqlənib
İyulun 12-si Tovuz Rayonunda başa verən hadisələrə görə Bakıda keçirilən yürüşdə iştirak etdiyi üçün həbs olunan AXCP sədrinin müşaviri Məmməd İbrahimin oğlu barədə Mehdi İbrahimov barədə yeni xəbər var. Bu gün yaxınları onun səhhətinin pisləşdiyi barədə social şəbəkələrdə məlumat yayıb. Bundan sonra Mehdi İbrahimovun vəkili Aqil Layicov onun saxlandığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəsisəsinə (Tubzon) yollanıb. Vəkil Mehdi İbrahimovla görüşə imkan verilmədiyi, Ombudsman aparatına müraciətlərin isə effektsiz olduunu deyib “Mehdi İbrahimovla görüşməyə imkan verməmək bir yana, telefon əlaqəsinə belə girə bilmədik. Çox gözlədik görüşək, amma nə fayda. Nəhayət, məsul həkim çıxaraq bildirdi ki, Mehdi İbrahimov sağlamdır, əhvalı yaxşıdır və səhhətində problemlər yoxdu. Ən dəhşətlisi bilirsiniz nədir?! Həkim qeyd etdi ki, Mehdi İbrahimovda ümumiyyətlə Covid19 olmayıb və testin nəticəsi neqativ çıxıb, simptomları belə yoxdu, sadəcə onu İxtisaslaşmış Müalicə Müəssisəsində (Tubzon) karantində saxlayırıq. Dəhşətli olan bundan ibarətdir ki, adamda virus olmaya-olmaya virusu yaymaq ittihamı verilib və məhkəmələr onun barəsində həbs seçib”, -deyə vəkil bildirib.
Azadliq.info