Bu gün, avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüşdə səfirin diqqəti İrana məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkarlanmış arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub: “Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb”.
Azadlıq radiosu