Sabiq nazirin əmisi oğlu da tutuldu və növbə onun özünə yetişə bilər
Ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanılmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib.
Vüqar Mahmudova qarşı konkret hansı maddələr üzrə ittihamın irəli sürüldüyü barədə daha sonra məlumat veriləcək. Bu saatlarda bizə sızdırılan xəbərdə israr edilir ki, Vüqar Mahmudovun həbsi, əslində Eldar Mahmudovun özünün də həbs edilməsi üçün hazırlıq sayıla bilər. Baş prokurorluqdan azadliq.info-ya ötürülən xəbərdə sabiq nazirin həbsi ilə bağlı siyasi niyyətin olduğu bildirilir. Yəni, sabiq nazir bu günlərdə həbs edilər bilər.
Xatırladaq ki, bu xəbəri azadliq.info-ya baş prokurorluqdakı mənbə ötürüb.
Azadliq.info
Oxunub: 618