Çünki xarici vətəndaş qarşısında öhdəliyə əməl etməyib
“Silk Way Aviaşirkəti” bir müddət öncə valyuta tənzimi qaydalarını pozduğu üçün məhkəməyə verilib. Bu haqda “Azadliq.info”ya məlumat verən mənbə bildirir ki, şirkət avans yolu ilə ödənilmiş pul müqabilində müəyyən xidmət göstərməliymiş. Amma nə xidmət göstərib, nə də pulu geri qaytarıb.
Şirkətdən şikayətçinin əcnəbi olduğu bildirir. Mənbənin sözlərinə görə, ödənilmiş avansın məbləği cəmi 126,85 funt-sterlinqdir. Amma şikayətçi tərəf müəyyən edilmiş müddətdə öhdəliyinə əməl etmədiyinə görə şirkətin cəzalandırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlib.
Məsələyə Xəzar Rayon Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin edərək, “Silk Way Aviaşirkəti” MMC-nin əleyhinə qərar çıxarıb. Qərara əsasən, şirkət avansı geri qaytarılmalıdır, həmçinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsaən, avansın 20 faizi məbləğində cərimə ödəməlidir.
Lakin şirkət bununla razılaşmayıb və qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
İstisna olunmur ki, Azərbaycan məhkəməsi iddiaçı əcnəbi olduğuna görə Əliyevlərin şirkətinin əleyhinə qərar vermək cəsarətində bulunub.
Qeyd edək ki, özündə aviaşirkət, bank və başqa qurumları birləşdirən “Silk Way” holdinq Əliyevlər ailəsinə məxsusdur.
Azadliq.info
Oxunub: 680