Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu Avropa İttifaqı (Aİ) şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətnin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Avropa Komissiyasının rəsmi saytında yayılan xəbərdarlıqda bildirilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və/və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı (Aİ) şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.
Oxunub: 850