İranın Xarici İşlər Nazirliyi ali rəhbər ayətullah Əli Xameneyini “Yaxın Şərqin Hitleri” adlandıran Səudiyyə vəliəhdini “qeyri-yetkin” kimi dəyərləndirib.
İran XİN-in sözçüsü deyib ki, belə ifadələrə yol verən şahzadə bölgə “diktatorlarının müqəddəratını” yada salmalıdır.
Bəhram Qaseminin sözlərinə beynəlxalq arenada belə çıxışlara yol vermək olmaz.
New York Times qəzetinə müsahibəsində Məhəmməd bin Salman deyib ki, İrana nüfuzunu genişləndirmək imkanı verilməməlidir.
“Biz istəmirik ki, İrandakı yeni Hitler Avropada baş verənləri Yaxın Şərqdə təkrarlasın”, Səudiyyə vəliəhdi deyib.
Səudiyyənin de-fakto rəhbəri Məhəmməd bin SalmanTehrana qarşı sərt mövqedə durur.
Səudiyyə Ərəbistanı və İran bölgədə rəqib qüvvələrdir və bir-birlərini sabitsizlik yaratmaqda ittiham edirlər.
Oxunub: 440