Şirvan Şəhər Məhkəməsi Müsavat Partiyasının yerli təşkilatının sədri Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Qərar bu gün, noyabrın 24-ü verilib.
Bu haqda “Turan”a müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
N.Kərimli bildirib ki, müdafiə etdiyi şəxs qərarla razılaşmır. Ona görə də yaxın günlərdə qərardan apellyasiya şikayəti veriləcək.
Xatırladaq ki, Ə.Xurşudovu noyabrın 22-si axşam saatlarında polis saxlayaraq polis şöbəsinə gətirib. Onun saxlanması səbəbləri barədə hər hansı açıqlama verməyib. Yalnız partiyanın rayon fəallarına “məhkəmədə bilərsiniz” cavabı verib.
Müsavat Partiyasından isə bildiriblər ki, Ə.Xurşudov Şirvan şəhərində vətəndaşların inzibati üsulla “Yeni Azərbaycan” Partiyasına üzv qəbul edilməsi ilə bağlı sosial şəbəkədə statusla çıxış edib və buna görə saxlandığını ehtimal edirlər.
Oxunub: 218