Bu gün tarixi bir gündür. Tam 30 il bundan öncə 19 fevralda Bakıda ilk yürüş-mitinqimizi keçirdik. Bakı Dövlət Universitetində gizli fəaliyyət göstərən “Yurd” birliyi fəallarının təşkilatçılığı ilə minlərlə tələbə auditoriyalara girməkdən imtina edib, “Qarabağ” tələbilə yürüşə başlamışdı. İnşaat və Politexnik institutlarının (o zaman belə adlanırdılar) tələbələri də yürüşə qatılmışdılar. Erməni separatizmi yenidən aktivləşmiş, Qarabağı Azərbaycandan almaq niyyətilə bir neçə təşkilat yaratmışdılar. Xankəndi və Yerevanda Qarabağ tələbilə ilk mitinqlərini keçirmişdilər, Ermənistanda yaşayan azərbaycanlıların artıq bir neçə min nəfəri zorakılıqla öz ev-eşiklərindən qovulmuşdular. Məhz belə bir məqamda Bakıda “Qarabağ!” tələbilə tələbələrin ilk yürüş-mitinqi keçirildi.
Beləliklə, tam 30 ildir ki, ölkəmizdə “Qarabağ!”, “Azərbaycan!”, “Azadlıq!” hayqıran vətənpərvərlərin nəsibi küçə və meydanlarda polis dəyənəyilə üzləşmək, savaşa gedib şəhid olmaq, qazi, veteran olub, sonra da maddi məhrumiyyətlər içində ömür sürmək, həbs olunmaq, döyülmək, işsiz və pulsuz qalmaq, ölkədən didərgin düşməkdir. Qarabağ, Vətən, millət vecinə olmayan fərarilər isə hər zaman yüksək vəzifələrdə, alverdədirlər. Müstəqil də olduq, bir şey dəyişmədi. 25-30 il bundan qabaq Moskva qarşısında ləbbeyk, baş üstə deyib müstəqilliyə də, Qarabağa da arxa çevirənlər bu gün də Moskvanın himayəsinə sığınıb, milləti çapıb talayır, ölkənin vətənpərvər insanlarına izahedilməz bir hikkə ilə nifrət edirlər.

Xalqımız bu dəhşətli ədalətsizliyә son qoymalıdır. Unutmayın ki, ədaləti bu dünyada bərqərar etmək insanın, millətin öz vəzifəsidir.
Oxunub: 464