Natiq Güləhmədoğlu
Səhər açılandan dəyərli bəyimizin-Əli Kərimlinin yubileyi münasibətilə sözün əsl mənasında nəsə yaza bilmirəm. Söz tapmıram. Bu qətiyyən Kərimlinin tərifdən də üstün bir şəxsiyyət olmasına vurğu etməyim deyil. Əlbəttə ki, onu tərifə layiq olmaması barədə də heç bir tərəddüdən söz gedə bilməz.
Bu mənim keçən adgünlərində yazdığım, eləcə də bugün hörmətli dostlar, onu tanıyanlar barədə lütf etdiyi təbriklər qarşısında acizliyimdir. Necə deyərlər, bütün sağlıqlar deyilib, indi qalır nəğmə oxumaq, onu da bacarmıram.
Əlac qalır onun adgünündə özümə övgülər yağdırım, bəxtəvərlik oxuyum. Çox xoşbəxtəm ki, siyais meydana girdiyim ilk gündən düzgün seçim etmişəm. Bu mərd, qorxmaz, igid, dostcanlı və böyük vətənpərvər insanı tanımış, izləmiş, əqidədaş olmuşam. O bizi heç vaxt peşman etmədi, biz etsək də
Onu tanıyanlar bilir, maksimalizim onun xarakterinin ayrılmaz keyfiyyətidir. Ona “ammasız” iş bəyəndirmək az adama müyəssər olur. Ən yaxşı partiya tapşırığını icra edən şəxs də ondan təşəkkür, xoş sözlər eşidəndə sonra, mütləq bilir ki, təzə abzasdan, böyük hərflər “amma sən daha yaxşı edə bilərdin, potensialının 40 faizini işlətmisən, gör 50 olsaydı nə oalrdı”- rəfdilli tənqidləri gələcək
Bir dəfə nəsə məni də tənqid etdi, etdi, deyəsən dozanın çox olduğunu düşünüb alicənablıqla dedi: Bəy, bu sözləri ki deyirəm, birdən xətrinə dəymiş olaram… Tənqidlər hamısı ictimai-siyasi fəaliyyətlə bağlı idi.
Dedim, bəy, dünyada böyük şirkətlər böyük qonararlar ödəyib onları monitorinq edən, kəm-kəsirlərin görüb qeydə alan xüsusi şirkətlərlə müqavilə bağlayırlar, siz isə bunu mənim üçün pulsuz edirsiniz. Azərbaycanda neçə Əli Kərimli var ki. Bir dənədir və o Natiqin fəaliyyətinə göz qoyur. Gülüşdük.
“Bəzən sən qələbə axtarırsan, amma unudursan ki düz yolda olmağın özü bir qələbədir”-yazırdı onun adaşı. Elə onun nəzəri ilə də sözümü yekunlaşdırıam. Dövrümüzün böyük qalibi mübarəksən! Yolumuz uzundur, bunu bilirik, ancaq onu da bilirik ki, uzun yolu qısa edən yaxşı, sədaqətli, mərd yolyoldaşıdır, buna görə lap rahatıq.
1-ci, 2-ci foto 1998-99, 3-cü 2003-cü ilə aiddir.