Milli Şuranın sədri Cəmil Həsənli
Deyirlər Zakır Qaraov gedır. O, ümumiyyətlə bu vəzifəyə gəlməməli idi. Yalnız rejimlə bağlı deyil, şəxsi keyfiyyətləri də buna imkan vermirdi. Hər dəfə onu Milli Məclisə təsdiqə gətirəndə çıxış etmişəm və demişəm ki, belə natəmiz adamı baş prokuror qoymaq xətadır. Prokuror işlədiyi rayonun milis rəisi sərxoşluq üstündə onu bir gecə KPZ-də saxlamışdı. Çünki alkaqollu içki içində özünü apara bilmirdi. Vaxtıyla respublika prokuroru Murad Babayev onu natəmiz əməllərinə görə prokurorluq orqanlarından uzaqlaşdırmışdı.
Sirk restorarında baş verən bir bıçaqlama hadisəsi ilə bağlı cinayət işin saxtalaşdırmışdı. Onda hələ prokurorluq orqanları indiki vəziyyətə düşməmişdi. Qaralov həmin restoranda baş verən ağır cinayəti öz əli ilə düzəldərək az ağır cinayət kimi yüngülləşdirmişdi. İndikindən fərqli olaraq o vaxt belə saxtakarlığa yol vermiş hüquq mühafizə orqanı işçiləri cəzalandırılırdı. Sonra saxtakarlar yüksək vəzifələrə irəli çəkildi və Qaralov da baş prokuror oldu. Blandan sonra bütün prokuratura orqanların bu vəziyyətə saldı. Hələ heç vaxt prokurorluq orqanları Zakir Qaralovun vaxtında olduğu kimi belə ağır duruma düşməmişdi. O, yalnız bu orqanı deyil, keşiyində durduğu qanunları da öz vəziyyətinə saldı, simasızlaşdırdı.
Hacı Məmmədovun bandası haqqında birbaşa ona və birinci müavininə məlumat verən Rəna Nəsibovanın həmin banda tərəfində öldürülüb adının “передозировка” qoyulmasının məsuliyyəti bilavasitə Qaralovun üzərindədir.
Qaralov prokurorluq orqanlarında korrupsiyanı şəbəkələşdirdi, rüşvətə “haqq” donu geyindirdi, onu idarəçilik mexanizminə çevdi. Görək bu gedişdən sonra onun adına hansı məbləği yazacaqlar. 3 milyard dollar vəsaitin oğurluq yolla London ofşorlarana keçirilməsi ilə bağlı (Azərbaycan çamaşırxanası) baş prokuror kimi Əli Kərimli ilə birlikdə ona rəsmi müraciət təqdim etmişdik. Dedi prezident aparatı bu məsələni araşdırır, onlar nə qənaətə gəlsələr biz onunla razıyıq. Əvəzində onun saxta ittihamlarla zindanlara saldığı məhbusların ailələrinə aşağı-yuxraı (biri İlqar Məmmədovu başa salsın ki, bu ifadə yuxarı-aşağı deyil, aşağı yuxarıdır) 5-6 min dollar pul göndərmiş Saleh Rüstəmliyə qarşı çirkli pulların yuyulması, Gözəl Bayramlı və Əfqan Muxtarlıya qarşı para qaçaqmalçılığı ittihamların irəli sürdü. Çünki İlham Əliyevin korrupsiya ortağı idi.
Deyilənlərə görə himayəsində olan “Akkord” Beynəlxalq Bankdan bir milyard manat ətrafında kredit götürmüşdü. Türkiyədə, Orta Asiyada zavad və fabriklər tikdirirdi, inşaat işi ilə məşğul olurdu. Bunlar əllərinə keçən nə vardısa xaricə daşıyırdılar. İşlədiyi müddətdə nöyütlə bağlı cinayətlərə göz yumsa da, nöyütdən qara işlər gördü. Ölkənin müdafiə xərclərinin London ofşorlarına daşınmasına səssiz qaldı, hüquqi dildə desək hərəkətsilik göstərdi. Ona görə də hazırda məmləkətin halı da Qaralovun familiyası kimi qaralaraq qara günə düşdü. Bu “xidmətlərinə” görə yəqin Usubov kimi Qaralova da Təhlükəsizlik Şurasında bir iş verərlər.