Sizə məlum olduğu kimi, Qaralov Baş Prokuror vəzifəsindən azad edildi. Lakın, onun barəsində cinayət işinin başlanması üçün də, kifayət qədər əsaslar vardır. Bu barədə aşağıda qeyd etdiyim faktlarla, tərəfimdən Azərbaycan Respublikası Prezidentinə və yeni təyin olunmuş Baş Prokurora ACIQ MÜRACİƏT göndərilmişdir. Bu məsələ üzrə Sizin də, fikrinizi bilmək istərdim.
Məlum olduğu kimi, 20 il müddətində Baş Prokuror vəzifəsini tutan bu Qaralov, dövlətin əsas sütünlərindən biri olan- Prokurorluq orqanlarının nəzarət funksiyasını və nüfüzünü tam məhv etmişdir. O, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə zidd olaraq, prokurorluğu siyasi orqana çevirmiş və həmin Qanunla nəzərdə tutulan prokurorluğun əsas fəaliyyəti istiqamətini cinayətkarlığa qarşı mübarizəyə deyil, müxalifət ovuna yönəltmişdir. Siyası fərqli fikir olan şəxslərin, hüquq müdafiəçilərin, jurnalistlərin, blogerlərin, hətta, tabeçiliyində olan öz prokuror əməkdaşının (Rüfət Səfərovun) da, barəsində əsassız olaraq cinayət işlərinin başlanmasına və həmin işlərin məhkəməyə göndərilməsinə nail olmuşdur. Qaralovun qanuna zidd göstərdiyi bu “səyi” nəticəsində bu gün Azərbaycan Respublikasında 136 nəfər siyası məhbus vardır. Həmin şəxslərin siyası məhbus olmaları, eləcə də, onların barələrində əsassız olaraq cinayət işlərinin başlanması və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmaları, artıq Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Parlamentinin (AŞPA-nın 30.01.2020-ci il tarixli) müvafiq qərarları ilə öz təsdiqini tapmışdır.
Habelə, həmin şəxslərdən bəzilərinin təqsirsiz olmaları Azərbaycan Rrespublikası Ali Məhkəməsinin Plenumun qərari ilə də, öz təqsdiqini tapmışdır. Lakın, çox təəsüflər olsun ki, bəraət hökmü qəbul edən Ali Məhkəmə tərəfindən həmin şəxslərin barəsində, Qaralovun göstərişi ilə onlara qarşı cinayət işi başlayan və cinayət məsuliyyətinə cəlb edən prokurorluq əməkdaşlarının və onlara prosessual rəhbərliyi həyata keçirən Qaralovun özünün, eləcə də, ədalətsiz qərarlar qəbul edən hakimlərin məsuliyyətə çəlb edilmələri haqqında, qanunla nəzərdə tutulan, xüsusi qərardad çıxarılmamış və barələrində heç bir tədbir görülməmişdir.
Bundan əlavə, Qaralovun yarıtmaz fəaliyyəti ilə prokurorluğun nəzarət funksiyasının məhv edilməsi nəticəsi, cəzaçəkmə müəssisələrində insanlara qarşı işgəncə verilməsinə gətirib çıxartmışdır (Bu barədə daha əntraflı sabiq prokuror əməkdaşı Rüfət Səfərovun FB səhifsində içtimaiətə verdiyi geniş məlumatlara nəzər yetirin).
Bununla bərabər, Sizə məlum olduğu kimi, Qaralovun xidmət etdiyi müddətdə, ölkədə baş vermiş məlum ağır və xüsusilə ağır cinayət hadisələri üzrə (MM-nə mandat alveri, Hacı Məmmədovun mütəşəkil bandasının adam öldürlülməsi və adam oğurluğu, MTN-də törədilmiş korrupsiya faktları, Bakı şəhərində bir neçə binaların fasadlarından baş vermiş yanğınları və onun nəticəsində insanlara xəsarətlərin və maddi ziyanların yetirilməsi faktları və s.r çinayətlər üzrə), həmin cinayətlərin təşkilatcıları olan yüksək təbəqəli vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi, Qaralov tərəfindən bu faktların ört-basdır edilməsi, hətta, bəzi hallarda təqsirli olmayan (JEK müdiri səviyyəsində müəyyən səlahiyyətləri olmayan) şəxslərin cinayət məsuliyyətinə əsassız cəlb edilmələri barədə KİV-də məlumatlar sızmış və FB-da tanınmış şəxslər (vəkillər və hüquqmüdafiəçilər) tərəfindən fikirlər bildirilmişdir.
Qeyd etdiyim bu cinayətlər üzrə Qaralovun kifayət qədər qanunsuz əməlləri haqqında, artıq Sizə məlum olan, faktlar gətirmək olar. Lakın bunları sadalamaq fikirində deyiləm..Yalnız bir fakta görə- Sizə məlum olan, Hacı Məmmədovun cinayətkar dəstəsinin törətdiyi xüsusi ilə ağır cinayətləri barədə Baş Prokurorluğa gəlib məlumat verən Rəna Nəsibovanın qətlə yetirilməsi faktına görə, Qaralovun barəsində cinayət işi başlanması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsaslar vardır. Bu barədə daha ətraflı və mötəbər məlumat almaq üçün FB burada baxın: https://www.youtube.com/watch?v=2_rephiIGqk. Eləcə də, tanınmış vəkil Adil İsmayılovun FB səhisəsində içtimaiətə yayılmış məlumata baxın.
Həmin məlumatlardan açıq-aydın görünür ki, Qaralovun təqsiri nəticəsində Hacı Məmmədovun bandasının törətdiyi xüsusilə ağır cinayətlərinin vacib şahidi olan Rəna Nəsibova qətlə yetirilmişdir. Belə ki, Rəna Nəsibova 11 avqust 2003-cü il tarixdə Baş Prokurorluğa gəlmiş və şəxsən sabiq Baş Prokuror Qaralovun və onun birinci müavini Rüstəm Usubovun qəbulunda olmuş, onların hər ikisinə Hacı Məmmədovun və onun bandası tərəfindən törətdiyi bir necə adam öldürülməsi və adam oğurluğu kimi, xüsusilə ağır cinayətlərin törədilməsi barədə detallı mətnində geniş məlumatlar vermişdir.Həmin məlumatlarda Rəna Nəsibova, Hacıməmmədovun dəstəsinin tərkibi, onların harada yaşadıqları və daimi olduqları ünvanları, törətdikləri cinayətlərin yeri və tarixi, üsulu, hansı avtomaşınlardan istifadə etmələri, həmin avtomobillərin harada olması, cinayət yolu ilə əldə etdikləri əmlakların harada saxlanması, onun bir hissəsinin hansı şəxslərə satılması, hazırda onların harada saxlanması və cinayətləri əhatə edən digər mühüm və ətraflı məlumatlar göstərmişdir. Eləcə də, onun təhlükədə olduğunu və Hacıməmmədovun bandası tərəfindən onun öldürüləcəyi təhlükəsinin olduğunu da, bildirirəkək, onun qorunmasını və müdafiəsinin təmin olunmasını xahiş etmişdir.
Lakın, sabiq Baş Prokuror Qaralov qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmiş və törədilmiş həmin cinayətlərin vacib şahidi olan Rəna Nəsibvovanın təhlükəsizliyinin təmin olunmasından ötrü prosessual qanunvericilikdə nəzərdə tutulan tədbirləri görməmişdir.Əksinə, bu barədə Hacı Məmmədova məlumatlar ötürmüşdür. Bunun nəticəsində də, Rəna Nəsibovanın Baş Prokurorluğa getdiyini və onların törətdikləri cinayətləri haqqında məlumat verdiyini bilən Hacıməmmədov və onun dəstəsi, Rəna Nəsibovanı qətlə yetirmişdir. Onların dəstəsinin iştirakçısı olan Nuriyev Novruz Cavad oğlu Rəna Nəsibovanın işlədiyi yerə, Bakı şəhəri Yasamal rayonun ərazisində yerləşən “Knauf” firmasına gəlmiş və orada onun xidməti otağında boğaraq qətlə yetirmişdir. Həmin şəxs Rəna Nəsibovanın xidmət etdiyi otağa daxil olub orada sonuncu ilə əlbə-yaxa olan və boğan zaman, Rəna Nəsibovanın qışqırıq və köməyə çağırdığı səslərinə Rəna Nəsibovanın iş yoldaşları gəlmişdir. Həmin şəxslər otağa daxil olmaq istədiklə, otağın bağlı vəziyyətdə olduğunu görmüş və qapını sındırıb otağa daxil olduqda, orada Nuriyev Novruz Cavad oğlunun olmasını və onun oradan qaçmağını görmüşlər.
Qeyd edilən bu cinayət hadisəsi haqqında Bakı şəhəri Yasamal rayonun sabiq prokuroru Şirxan Adıgözəlov tərəfindən 06 iyul 2004-cü il tarixdə ətraflı arayışın Baş Prokurorluğa göndərilməsinə baxmayaraq, sabiq Baş Prokuror Qaralov bu arayışı nəzərə almamışdır. Əksinə, həmin cinayətin ört-basdır edilməsi üçün, onun göstərişi ilə Rəna Nəsibovanın güya narkotik vasitələrindən həddindən artıq dozada istifadə etməsi nəticəsində olmasinə dair, Mərkəzi Tibbi Ekspertizasından saxta məhkəmə-tibbi ekspertiza rəyi alınmışdır.
Bundan əlavə, Qaralov Baş Prokuror vəzifəsində olarkən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin tələblərini ciddi pozaraq, prokuror fəaliyyətindən əlavə qanunla qadağa edilən biznəs fəaliyyəti ilə də, məşqul olmuşdur. Onun “Akkord Şirkətlər Qrupu” adında böyük bir tikinti biznes müəssisənin təşkil etdiyi, Beynəlxalq Bankdan xüsusilə külli miqdarda kredit götürdüyü, həmin kreditin bu günədək tam qaytarmadığı və həmin şirkətdə İlqar Hacıyevlə birlikdə tikinti biznesi ilə fəaliyyət göstərdiyi də, artıq hər kəsə bəllidir. Russiya Federasiyasının KİV-dən yayılmış və Sizə məlum olan infornasiyaya görə, Azərbaycanın Baş Prokuroru Qaralova məxsus həmin Akkord Şirkətlər Qrupunun rəhbəri kimi qeydiyyata alınmış İlqar Hacıyevin, Qaralovla əlbir olması, RF-da vətəndaşların aldatması, onların xüsusilə külli miqdarda pullarının ələ keçirtməsi və Almaniya Respublikasına qaçması barədə məlumat yayılmışdır.
(Bu məlumatlar barədə FB-n https://www.facebook.com/Fikret.Huseynli/videos/10207891035229572/ saytında və https://www.youtube.com/watch?v=I0AoDGzZ7As&feature=share saytında dərc edilibdir. Burada baxın). Bundan əlavə, Qaralovun rəhbərlik etdiyi Baş Prokurorluğun özündə də, külli miqdarda əmək haqqılarının mənimsənilməsi kimi, ağır çinayət hadisələrinin də, törədilməsinə yol verilmişdir: Prokurorluqda islahatların aparılması adı altinda, Qaralov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin tələblərinə zidd olaraq, yüzlərlə prokurorluq əməkdaşlarını 3 aydan artıq müddətdə (uzun müddət, hətta bəzi hallarda 1 ildən artıq müddətdə) bilərəkdən sərancamda saxlamışdır. Eləcə də, həmin Qanunun 21.5-ci maddəsinin tələblərini ciddi pozaraq, onların sərancamda olduqları müddətdə üzrə əmək haqqılarını verməmiş, həmin müvanətlər mənimsənilmişdir. Şəxsən məni də, Qaralov əsassız olaraq 8 ay müddətində sərancamda saxlamış və təxminən 16.800 manat məbləğində (hər ay 2100 manat əmək haqqı olmaqla) əmək haqqımı ödəməmişdir. Məlumdur ki, yüzlərlə əməkdaşların yüksək məbləğdə əmək haqqılarının həcmi, xüsusilə külli miqdar məbləğində vəsait təşkil edir.
Bu faktı təsdiq edən rəsmi və mötəbər sübutlarla,,tərəfimdən Prezident Administrasiyasına “Açıq Müraciət”lər göndərilsə də, PA-da bu mürəciətlərə baxılmamış, ört-basdır edilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası qanunun 7.13-cü maddəsinin tələblərinə zidd olaraq, həmin müraciətlər əməlindən şikayət etdiyim Qaralovun özünə göndərilmişdir.
Göründüyü kimi ciddi qanun pozuntularına və cinayət əməllərinə yol vermiş Qaralovun barəsində cinayət işi başlanması və təxirəsalınmaz istintaq hərəkətlərinin aparılmasından ötrü kifayət qədər əsaslar vardır.
Lakın, Qaralovun “əvəzolunmaz prokuror” olduğuna görə, onun hətta rəhbərlik etdiyi Baş Prokurorluqda törədilmiş xüsusi ilə külli miqdarda mənimsəmə cinayətləri PA-da ört-basdır edilmişdir.
PA-da bu kimi ciddi qanun pozuntularına yol verilməsi Prezidentin özü MM iclasında çıxışında göstərmiş və hazırda PA-da vəziyyətin müsbət tərəfə dəyişdirildiyinı bildirmiş, məmurların törətdiyi qanunazidd əməlləri barədə müraciətlərin yenidən PA-na göndərilməsi vətəndaşlara tövsiyə olunmuşdur.
Bundan sonra PA-da mənim müraciətlərimin gizlədilməcəyinə və Prezidentin özünə məruzə olunacağına ümidverərək, sabiq Baş Prokuror Qaralovun törətdiyi bu cinayət əməlləri barədə, təkrarən Prezident Administrasiyasına müraciət etmək qərarına gəldim və 04.02.2020-ci il tarixdə 4-cü dəfə həmin müraciətimi göndərdim.
İndi söz Prezidentin və Baş Prokurorundur.
Xahiş edirəm Qaralovun törətdiyi bu və mənə məlum olmayan digər cinayətləri barədə obyektiv fikir bildirəsiniz .
Qabaqcadan Sizə öz minnatdarlığımı bildirirəm.
Tofiq Ağacanov
Yazı müəllifin facebook səhifəsindən götürülüb.