Səadət Cahanigiri aldadaraq evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüter və telefonunu götürüblər
Qəzetimizin əməkdaşı və AXCP Rəyasət Heyətinin üzvü Səadət Cahangir bu gün saat 12 radələrində evindən götürülərək Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə aparılıb. Guya qaz sayğacını yoxlayacaqları adı ilə evə girən əməliyyatçılar evdə axtarış aparıb, onun kompüterini, telefonlarını və oğlunun təhsil haqqı üçün yığdığı pulları götürüb, özünü də istintaq idarəsinə aparıblar. Səadət xanım saat 21 radələrinə qədər idarədə saxlanılıb və sorğu-sual edilib. Sonra özü sərbəst buraxılsa da, kompüteri, telefonları və pulları qaytarılmayıb.