Bəxtiyar Hacıyev
Hər dəfə düşünürəm ki, bu İ.Məmmədov haqqında son postum olacaq. Çünki ölkədə daha böyük problemlər var. İnsanlar yoxsulluq, işsizliklə vuruşurlar, minlərlə yoxsul ailə xeyirxah vətəndaşların ümidinə qalıb, müxalif partiya rəhbəri olduğunu deyən Məmmədov müəllim isə AŞPA-dakı nümayəndə heyətinin təyinatına toy-bayram edir.
Özü də “Şahın zooparkı” adlandırdığı parlamentin üzvlərinin AŞPA-da təsdiqlənməsinə elə sevinir, elə sevinir ki, sanki əvvəllər təsdiq etməmişdilər. Heç Arpadarini və digərlərini ora dürtüşdürən Mika bu qədər sevinmir. Hələ digər partiyaları da qorxaqlıqda ittiham edir. Halbuki, elə məhz Arpadarainin saxtakarıq faktlarını fevralda öz səhifəsində paylaşmışdı.
İlqar müəllim unudur ki, onun ən üzdə olan siması Natiq Cəfərlini 26 yaşında, heç kimin tanımadığı və heç bir təşviqat aparmayan qıza uduzdurdular. Digər dairələrdə namizədlərinizin səsləri şişirdilərək 4-9, 17-19-cu sıralarda qərarlaşdılar, 39 məntəqədən toplan 49 səs toplayan namizədiniz də oldu.
İlqar müəllim ya anlamır, ya da cəmiyyəti axmaq yerinə qoyur ki, Erkin Qədirlinin ora düşməsi REAL-ın uğuru deyil. Hakimiyyət onun qarşısını boş saxlayıb, bu da yetməyəndə məntəqələrdə topa bülletenlər atıb, protokollarda adının qarşısında rəqəmlər əlavə edib, MSK-da şikayətini təmin etməyib, REALdan və cəmiyyətdən qopardıb, öz yanına aparıb. Daha doğrusu Razi Nurullayevin yanına.
Qədirlini aparmaqla kifayətlənməyib, sədrini də dartıb, aparıblar. Haqqı olan bəraəti belə illərdir 5-6 dəfə rədd edib, yalnız “Respublika” qonaq evində ilk Ədalətli təmas və sonra bir neçə dəfə görüşdükdən sonra veriblər. O qədər neytrallaşmısınız ki, müxalif partiya rəhbərinə, müxalif fəallara təzyiqlərlə bağlı suallardan da yayınıb, gülməli açıqlamalar verirsiniz. Ölkə sosial partlayış ərəfəsindədir, insanlar 190 manatlıq yardımı belə dövlətdən ala bilmirlər, siz İrlandiya-Azərbaycan dostluq qrupundan, parlamentdən yazıb, saxta deputatları tərifləməklə məşğulsunuz.
Növbəti mərhələdə keçən il buraxdığınız, 6 aydan çoxdur qurultayını keçirmədiyiniz partiyanızı da qeydiyyata alacaqlar, parlament partiyası kimi maliyyə də ayrılacaq dövlət büdcəsindən, amma insanların sevgi və rəğbətini itirə-itirə gedəcəksiniz, sonda Ana Vətən partiyasına çevriləcəksiniz. Üstəlik AŞPAda və digər qurumlarda Azərbaycan hakimiyyətinin lobbiçisinə.
Nəyə sevinirsiniz? Kimi aldatmağa çalışırsınız?