Ötən şənbə günü AXCP Qaradağ rayon təşkilatının fəalı Elvin Məmmədov “yoxa çıxıb”.
AXCP-nin məlumatına görə, onu işə çağırıblar, amma geri qayıtmayıb. Qohumları polisə müraciət etdikdən sonra onlara deyiblər ki, neçə sutka həbs olunduğunu tezliklə söyləyəcəklər”.
Polis həbsin və qohumlarına məlumat verilməməsinin səbəbləri barədə suala cavab verə bilməyib.
Mayın 4-də saat 17:00-a yaxın Elvin Məmmədov evə zəng edərək ailəsinə bildirib ki, Binəqədi istintaq təcridxanasındadır, onu 30 sutka həbs ediblər. O, həbsinin səbəblərini açıqlaya bilməyib, çünki danışmaq üçün bir dəqiqə vaxt verilib, AXCP-dən bildiriblər.