Milli Şuranın sədri Cəmil Həsənli
Xalq Cəbhəsi Pariyasına qarşı son illərin gurultulun”ittihamları” suya düşdükdən sonra hakimiyyət çəbhəçilərə qarşı daha bir mənasız oyuna əl atıb. Guya Avropada oturub hakimiyyəti söyən Qabil Məmmədov Xalq Cəbhəsini maliyələşdirib, hansısa qaçaqçılıq yolu ilə Cəbhəyə pul göndərəb. Bu saxta para qaçaqçılığı ilə bağlı Gözəl xanımı saxta ittihamla həbs etsələr də, Əfqan Muxtarlını Tbilisi küçələrindən oğurlamaqla bütün dünyada adam oğrusu rusvay olsalar da “ağıllanmadılar”.
İlham Əliyev tərs uşaq kimi iki ayağını bir başmağa dirəyib dediyini qanunsuz yollarla gerçəkləşdirmək istəyir. Neft qiymətlərinin maya dəyərindən aşağı düşməsi adamı bütün avantürələrə sövq edir. İctimai əsaslarla AXCP sədri Əli Kərimliyə mühafizə işlərində kömək edən Niyaməddin Əhmədovun həbsi və sonra da onun Təhlükəsizlik Xidmətinə aparılıb 12 saat işgəncə verilməsi, işgəncə altında “gərəkli” ifadələrin alınması üçün zor tətbiq edilməsi DTX-nın da elə çökmüş MTN olduğunu, iflas etmiş MTN-nin varisi olduğunu ortaya qoydu. Çünki keçmiş bir MTN işçisi səmimi şəkildə etiraf edirdi ki, bizim 99 faiz işimiz müxalifətə qarşı mübarizə aparmaq, onlara tələ qurmaq, at quyruğunun cələ qurmaq idi. Hobbisi ayı ovlamaq olan Rusiyanın keçmiş baş naziri Viktor Çernomırdin demişkən yeni bir şey yaratmaq istəyirdilər, yenə köhnəsi alındı.
Dünən isə şair, “Azadlıq” qəzetinin mədəniyyət rubrikasının aparıcısı Səadət xanım Cahangiri prokurorluğun Ağır Cinayətlər İdarəsinə aparıb axşama qədər silist ediblər. Amma Səadət xanımın misralarından tər-təmiz “Qırov” asılan şeirlərindən bircə sual da verməyiblər. “Qırov” müəllifin natəmiz para söhbəti ilə təhdid ediblər. Bu təzəi Baş Prokurorun “bismilası” idi. Adam vəzifəyə təyinat alan kimi demədi qanunların keşiyində dayanacağam, dedi var gücüm ilə sabitliyi qoruyacağam. Yəni məndən qanunun aliliyini qorumağı, qanunun aliliyini təmin etməyi gözləməyin, mən polis funksiyasın yerinə yetrib sabitliyi qoruyacağam.
Səadət xanımın evinə hüquq mühafizə orqanlarının əməkdaşları qaz işçisi adı ilə giriblər. Əslində onlar elə qaz texniki və ya öz kəndlərinin yamacında qaz otaran kimi otaran kimi bir şeydilər. Sadəcə yerləri səhv düşüb. Vaxtı ili bir baş prokurur kollegiya iclasında onu əsəbləşdirən bir işçisinə deyirdi ki, ay yoldaş mən universitetdə oxuyanda ən böyük arzum öz gəndimizdə uçaskovu işləmək idi. İndi bəxtim gətirib olmuşam baş prokuror, niyə qoymursunuz işləyək? Əliyevlərin dövründə nədənsə belə bəxti “gətirənlərin” sayı həddindən artıq çoxdur. Nə qədər qaz otaran, çəpiş qulağı dişləyən, dıbır mələdən, dana güdən var hamısı yerləşdirilib məsul vəzifələrə.
Nə üçün Niyaməddin? Birincisi, Tofiq Yaqublu kimi, Niyaməddin Əhmədovdan da ötən ilin 19 oktyabrının o sınaq məqamında sona kimi Əli Kərimlinin yanında qol-qola, çiyin-çiyinə dayanmağın qisasını alırlar. Pandameya bəhanəsi ilə aşağıdakı şəkildə gördüyünüz kimi Əli Kərimlinin artıq sağın da, solunda “zərəsizləşdiriblər”, hər ikisini saxta ittihamla həbs ediblər. İkincisi, bildiyim qədər Niyaməddin Qabil Məmmədovla həmyerlidir və “bağlantı” kimi Niyaməddinin seçilməsi də məhz, bu “həmyerlilikdən” keçir. Üçüncüsü, niyə bu dəfə Cəbhənin para “yardımnı” Almaniyanın sosial paketinə möhtac olan və cəmiyyətdə söyüş leksikonu ilə tanınan Qabil Məmmədova bağlamağa cəhd göstərirlər? Burada maksimum və minimum məqsədlər var. Maksimum məqsəd odur ki, işgəncə, zor, təzyig hesabına daha “etibarlı” təsdiqləyici ifadələr almaq mümkün olsa, qara əməliyyatlar müəllifi kimi hüquq tarixinə düşmüş Qaralovun ifadəsi ilə desək “xaricdən maliyyə yardımı almaqla konstitusyan qurluşu devirməyə cəhd” ittihamını işə salsınlar. Bu alınmasa, minimum təbliğat məqsədləri üçün işi DTX və prokurorluqdan Mirşahinə transfer edib, ictimai fikirdə AXCP-ni Qabil Məmmədovun söyüş leksikonun şəriki kimi damğalasınlar. Əminliklə deyim ki, hətta ağır işgəncələr hesabına Niyaməddin bəydən özünəböhtan xarakterli bir şey almış olsalar da, hansısa kağız parçasına imza atdırsalar da, bu Əli Kərimlinin ictimai əsaslarla keçmiş sürücüsü, böyük ehtiyaclar içərisində yaşayan Paşa Umudovun AzTv ekranından özünü narkobaron kimi təqdim etməsinin bandotdelsayağı “etirafdır.” Kim inandı Paşanın etirafına?
Mənasız və perspektivsiz söhbətdir. Ona görə mənasızdır ki, dəfələrlə Əli Kərimli də, mən də bəyan etmişik ki, söyüşlə milləti xoşbəxt etmək olmaz və biz söyüş leksikonun əleyhinəyik, bu siyasi mübarizə yolu deyil və bundan uzaq olmaq lazımdır. Hər zaman biz özümüz də rəhbərlik etdiyimiz təşkilatlar da bu söyüş söyənlərdən, o cümlədən Qabil Məmmədovla məsafə saxlamağa, söyüş efirindən uzaq olmağa çalışmışıq. Belə adamlarla nə telefon, nə digər texnoloji resurslar, nə sosial şəbəkələr üzərindən heç bir əlaqəmiz olmayıb. Hətta, cəmiyyəti bizim ətrafımızda birləşməyə səsləyən çağırışlarna belə əhəmiyyət verməmişik. Çünki söyüş bizim yolumuz deyil, bizim məramımız deyil, bizim leksikonumuz deyil. Azərbaycan dilinin söz lüğətində siyasi mübarizəni özündə ehtifa edən kifayət qədər söz və ifadələr var, onları qoyub söyüşə əl atmaq yalnız mədəniyyətsizlik deyil, həm də acizlik əlamətidir.