“Paşaya” qarşı çıxan reper
İlin repçisi nominasiyasını “Paster” ele belə qazanmayıb. “Paster” ləqəbli repçi Pərviz Quluzadənin saxlanıldığı deyilir. Lakin məlumat hələ təsdiq olunmayıb. Ailə üzvləri media nümayəndələrinə verdiyi məlumata görə, repçi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir. Onun artıq bir neçə gündür həmin idarədə kimi saxlanıldığı bildirilir.
Buna əsas səbəb kimi onun bu ay yazdığı ‘’Gang’’ adlı repində ‘’Paşabank’’ haqqında “Götürəcəyəm ölkəni necə Paşabank” deməsi göstərilir. Güman edilir ki, o, saxlanıldığı zaman işgəncələrə məruz qalıb. DİN-dən media nümayəndələrinə bildiriblər ki, “iş vaxtı olmadığından bu suala cavab verə bilməzlər.” Sosial şəbəkələrdə onun həbsi ilə bağlı #FreePaster kampaniyası gedir. Avropada bu kampaniyanı cavanlardan ibarət partizanlar hərəkatı aparır.
Pasterin son battlesində (rap deyişməsi) dediyi ifadələr:
Hər sətirim başıma bəladı…
Məni axtaracaqlar bu battledən sonra..
Gizlində saxlayıram hörmətimi Rəsulzadəyə, Elçibəyə
Taxta oturub qalmamışam…
Danışıb, girmək üçün bir mirşahinsən…
Yekə qarın, mədəniyyətin yoxdu, oxşayırsan mülki geyimli polisə…
Mən azərbaycanlı məmur kimi taxtımda çürüyəcəm
Səni soyacağıq ölkənin gömrüyü kimi…
Ölkənin qazını Gürcüstana münasib qiymətə pay veriblər…