Əli Kərimlinin FB statusu:
“Oxu və paylaş!
Reper Pərviz Quluzadəyə (Paster) azadlıq tələb edirəm! Ölkənin məşhur reperlərindən biri Paster “Gang” klipində “Götürəcəyəm ölkəni necə Paşabank” dediyi üçün 4 gün “Bandotdel”də saxlanılıb və indi məlum olur ki, 30 sutka inzibati həbsə məhkum edilib. Yəqin ki, ona işgəncə verilib.
Pasterdən seçmə misralar:
“Hər sətirim başıma bəladı…”
“Gizlində saxlayıram hörmətimi Rəsulzadəyə, Elçibəyə”
“Yekə qarın, mədəniyyətin yoxdu, oxşayırsan mülki geyimli polisə…”
“Mən azərbaycanlı məmur kimi taxtımda çürüyəcəm”
“Səni soyacağıq ölkənin gömrüyü kimi…”
“Ölkənin qazını Gürcüstana münasib qiymətə pay veriblər…”
Pasterin həbsi birbaşa yaradıcılığı ilə bağlıdır. Bu da Əliyevsayağı islahatlar. Hər kəsi bu istedadlı gəncin müdafiəsi üçün səsini ucaltmağa çağırıram.”