İlham Hüseyn
İran Cəbrayıla körpü çəkir. Cəbrayıl ermənilərin işğalı altındadı. Deməli, bu körpünün tikintisinə Ermənistan da razılıq verib. Və indi məlum olur ki, bu məsələylə bağlı Azərbaycanla müqavilə imzalanıb.
Bu körpünün Ermənistan və İran üçün əhəmiyyətin başa düşdük. Ermənistan bu yolla əraziyə ağır hərbi texnika yerləşdirə bilər, İrandan daha rahat yardım ala bilər və s. Yəni, ermənilər üçün növbəti nəfəslik yaranır. Rusiyanın dəstəyi onsuz da birmənalıdı. Bu tərəfdən də İranın dəstəyi körpüləşdirilir.
Bəs, Azərbaycanın burda marağı nədir? Azərbaycan hökuməti hansı şərt qarşılığında bu müqaviləyə imza atıb? Niyə belə bir müqavilənin imzalanmasıyla bağlı ictimaiyyətə məlumat verilməyib?
Digər tərəfdən, məsələ təkcə körpüylə də məhdudlaşmır. Bu hadisə bir daha təsdiqləyir ki, Ermənistanın bir qarış torpaq qaytarmaq fikri yoxdur, Qarabağ danışıqları siyasi “evcik-evcik” oyunudu.
Bəli, düşmən Kəlbəcərdə istirahət mərkəzi tikirsə, Zəngilanda şəhərcik salırsa, Ağdama su kəməri çəkirsə, Cəbrayıla körpü çəkilməsin alqışlayırsa, deməli, bu torpaqları tam özününküləşdirir. Hansı axmaq düşmən qaytaracağı torpağa görə bu qədər pul xərcləyər?
Və nəhayət, Cəbrayıla körpü çəkilməsi və buna Azərbaycan tərəfinin razılıq verməsi, dövlətin, xalqın qürur məsələsidi. Təslimçilyin ifadəsidi. Qırmızı xəttin cızma-qara edilməsidi.
27 illik “uğur diplomatiyası” nın nəticəsi budur. Düşmən iqtisadi, siyasi, hərbi baxımdan imkanların genişləndirir. Bizimkilər də “lazım”ı müxalifətçilərin üstünə göndərib, “Pirr qələbəsi”n qeyd edirlər.
İndi yenə Elman Nəsirov AzTv-yə təşrif buyurub, Paşinyanı danlayacaq, ordumuzun əzələsindən danışacaq, dünyanın paxıllığından dəm vuracaq.
Axırda da mövcud olmayan inkişafdan körpü tikəcəklər…..