İctimai fəal, Siyasi Məhbusların Hüquqlarının Müdafiəsi Mərkəzinin, Repressiya və İşgəncələr əleyhinə Komitənin üzvü Zəfər Əhmədov mayın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə iki saat yarımdan çox şahid qismində dindirlib.
Zəfər Əhməd Turan agenliyinə bildirib ki, hansı cinayət işi üzrə dindirlidiyi barədə məlumat verməyiblər.
“Mən istintaq sirrini yaymamaq barədə iltizam vermişəm” , o qeyd edib.
Bununla yanaşı müşahidəçilər hesab edir ki, son günlər “Azadlıq” qəzetinin əməkdaşı və Zəfər Əhməd siyasi məhbus kimi tanınan şəxslərə edilən maddi yardımın mənbəyi ilə bağlı dindirilib.
Zəfər Əhmədov siyasi məhbus kimi tanınan AXCP Gənclər Komitəsinin Idarə Heyətinin üzvü Fuad Əhmədlinin atasıdır.
Rəsmi qurumlar fəalların hansı səbəbdən dindirlməsi ilə bağlı hələ şərh verməyib.
Amerikanın səsi