Hikmət Nikbin
…
Bu gün Şuşanın işğalı, sabah ölkəmizin həyatında hiss etmədiyimiz, yaşamadığımız qələbə günü, birisi gün “ümummilli xilaskarın” doğum günü…
Paradoksa baxın!
İşğalı qeyd edən Xalqın da qələbə günü olar?
İşgal günləri(əslində işğal illəri) olan Xalqın H. Əliyevin timsalında xilas günü nə demək?
İşğalı qeyd edən ölkənin də xilaskarı olar?
Qurtuluş Günü olar?
100 illərdir ağrı əleyhinə peyvənd edilirik.
Bədənimizin çapılan hissələrinin fərqində deyilik.
İtirdiklərimizə görə, uduzduqlarımıza görə portretlərini başımız üstünə qaldırdıqlarımız var.
Bir həqiqəti etiraf etmək istəyirəm.
MƏN O ADAMLARA MİNNƏTDAR OLMAYACAM!
Biz ölkə olaraq, Xalq olaraq idarəçilikdən ərazi bütövlüyümüzü tələb etmək yerinə …Şuşanın, …Cəbrayılın, …Füzulinin işğal günlərinin növbəti ilinin gəlməsini gözləyirik ki, qeyd edək.
Yenə də 10 Mayda TV-lər silsilə verilişlər hazırlayacaq.
“Nə yaxşı ki, sən gəldin” nəqəratıyla “bəstəçi politoloq”larımız bir-birləriylə bəhsə girəcəklər.
TV-kanalların asimana bülənd edəcəkləri insanı, yəni H. Əliyevi, əslində, Tatix heç də dedikləri kimi tanımır.
Başqaları kimi, O da, müasir Azərbaycan tarixində çox kiçik bir yer tutur(yəni fəaliyyətcə çox kiçikdir)
Necə yəni H. Əliyevdən dünyada YOXdur?
Ağzınız danışanı beyniniz yığırmı?
Nə dediyinizi başa düşürsünüzmü?
Mən Hikməti (başqalarını incitməmək üçün özümü misal çəkirəm) aldada bilərsiniz, lakin Tarixi aldada bilməyəcəksiniz, axı!
Həqiqət ondan ibarətdir ki, biz Xalq olaraq, cəmiyyət olaraq H. Əliyevdən istədiyimizi ala bilmədik!
Ancaq H. Əliyev Xalqdan istədiyini ala bildi.
İdarəçilikdə formaca Respublikaya, məzmunca Monarxiyaya söykənməklə!
Ailə hakimiyyəti yaratmaqla!
MÜASİR AZƏRBAYCAN TARİXİ MƏĞLUBLARIMIZ HAQQINDA QƏHRƏMANLIQ DASTANÇALARINI XATIRLADIR!
GƏLİN, DÖVLƏT BAŞÇILARIMIZA DASTAN QƏHRƏMANLARI KİMİ YANAŞMAYAQ!
Yanlışlarından danışaq! Səhvlərinİ də, düz gedişlərini də deyək!
Dövlət din deyil!
Dövlətin başında olanlar müqəddəsləşdirilməməlidir!
H. Əliyevə yenilməz siyasətçidir deyirsiniz.
Axı, O, Qarabağda yenilib.
Xalq sizə inansın, yoxsa tarixinə?
DÖVLƏTÇİLİK TARİXİMİZ BÖYÜMƏYƏN TƏRƏFİMİZDİR!
Bu bəh-bəhlər, bu bəstə-tərif içində Torpaq ola bilmirik, Millət ola bilmirik!
Torpaqda Xalq kimi ölürük!
Xalqda Torpaq kimi ölürük!
HƏLƏ DƏ XALQ KİMİ, TORPAQ KİMİ DOĞULA BİLMƏMƏYİMİZİN ƏZABINI YAŞAYIRIQ!
Özümüzü qəbilə, tayfa mübarizələrində başqalarının yemi edirik!
H. Əliyev bütün ömrü boyu Zamanın axarı istiqamətində üzüb.
Məsələn, bir nümunə çəkim,
Təcavüzkar Ermənistanın ölkəmizə qarşı 1988-ci ildə başladığı əsassız ərazi iddiası zamanı H. Əliyev 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı idi(bütün vəzifələrindən getsə də, seçkili orqanın səlahiyyətli nümayəndəsi olaraq qalırdı)
O, Ali Sovetin iclaslarında iştirak edib(11-ci çağırış deputatlarının səlahiyyət müddəti 1984-1989 cu illəri əhatə edib).
Siz deyin, O, Ali Sovetin tribunasından təcavüzkar Ermənistanın əsassız, ədalətsiz mövqeyini tənqid edə bilməzdi? Təbii, edə bilərdi.
Görünür, düşünüb ki, Ali Sovetdə Kremlə və Ermənistana qarşı mübarizə onu fiziki məhvinə aparar.
Görünür, H. Əliyev sağ qalmaq istəyib.
Dediyim kimi, O, heç bir vaxt Zamanın TƏLƏBinin iradəsi əleyhinə gedənlərdən olmayıb.
Zamanın diqtəsini ağlıyla, təfəkkürüylə tərksilah edənlərdən olmayıb.
Siz deyin, Zamanın diqtəsinə özünü, ölkəsini uyğunlaşdıran bir adamı doğrudanmı dahi zənn edirsiniz?