2015-ci ildə “Günəşli” hasilat platformasında baş vermiş yanğın nəticəsində itkin düşmüş iki neftçinin cəsədi tapılıb. Bu barədə bu gün SOCAR İctimaiyyətlə Əlaqələr Departamentinin rəis müavini İbrahim Əhmədov bildirib.
Cəsədlər Xəzər dənizində 190 metr dərinlikdə boru kəmərlərinin monitorinqi zamanı aşkar edilib.
Müəyyən edilib ki, onlar 2015-ci il dekabrın 4-də 10 saylı platformada itkin düşmüş Əbdüləziz Əbdülazizov (1954-cü ildə anadan olub) və Eyyub Əliyevdir (1973-cü ildə anadan olub). Aşkar edilmiş şəxsiyyət vəsiqələri sayəsində mərhumların şəxsiyyəti müəyyən edilib.
Cəsədlərin tapılması ilə boru kəmərinin yoxlanılması dayandırılıb. Cəsədlər tezliklə dərinlikdən çıxarılaraq Su Nəqliyyatında Baş Polis İdarəsinə təhvil veriləcək, SOCAR-ın nümayəndəsi deyib.
Xatırladaq ki, (Turan)2015-ci il dekabrın 4-də “Günəşli” dəniz yatağındakı platformada partlayış və yanğın baş vermişdi. Yanğın zamanı 33 nəfər evakuasiya edilmişdi, daha 30 işçini xilas etmək mümkün olmamışdı. Sonradan onlardan 12-nin cəsədi tapıldı. Digər 18 nəfər itkin düşmüş hesab olunurdu.