ADR sədri, ıqtisadçı alim Qubad Ibadoğlu
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv olunan “Atabank” və “Amrahbank”ın müştərilərinin əmanətlərinin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. “Kapital Bank” ASC-nin səhmlərinin 99.87 faizi PAŞA Holdinqə, 0,13 faizi isə fiziki şəxslərə aiddir. İndi bildiniz ki, bankları niyə bağlayırlar, ona görə yazırdım ki, bu görməmişlər toydan da, vaydan da qazanırlar. 190 manatı Kapital Bank ödəyir, təhsil haqqını Kapital yığır, kommunal xidmətləri Kapital Bank qəbul edir, hələ bunlar bəs etmir, dövlət təşkilatarınn əməkdaşları əmək haqlarını Kapital bankdan alırlar, Sonra da deyirlər ki, rəqabətli və sağlam iqtisadiyyatımız var, Azərbaycanda bank bazarı liberaldır.
Bəziləri yazacaq ki, Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi uAzərbaycanda ən böyük xidmət şəbəkəsinə malikdir. Nəyin hesabına? Bütün bunlar dövlətə bağlı xidmətlərin başqa bankları diskriminasiya edib, onların Kapital Banka yönəldilməsi hesabına təmin olunur. Ona görə də ailə banklarının bazarda hökmran mövqeyi ildən-ilə gücləndikcə başqa banklar da sıradan çıxarılır. Hələ bu azmış kimi bağlanan bankların kapitalının bölüşdürülməsi də ailə banklarına ötürülür.