Qeyri-rəsmi mənbələr dünənki əməliyyatlar zamanı Mədəniyyət Nazirliyinin dörd yüksək vəzifəli işçisinin – nazir müavini Rafiq Bayramov, Mədəniyyət İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və qurumun mətbuat katibi İntiqam Hümbətovun həbs edildiyini bildirir.
Mənbə iddia edir ki, həbs edilən şəxslərin evlərində axtarış aparılıb. Onlar saxlanılmazdan əvvəl nazir Əbülfəz Qarayev özü Dövlət Təhlükəsizlik Xidmətində beş saat dindirilib.
Amma rəsmi mənbələr DTX-nin oğurluq, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı əməliyyatı haqqında səhər yaydığı məlumatdan başqa heç bir məlumat vermir.
Eyni zamanda, DTX bir sıra hökumətyönlü KİV-lərdə dərc edilmiş yuxarıdakı məlumatları təkzib etmir.
Turan