Elnur Sadıqov
Müstəqil Azərbaycan siyasətinə ədəbsizliyi ilk dəfə mərhum Nizami Süleymanov gətirib. Ondan sonra bu “ənənəni” YAP davam etdirib. 2000-lərdə Lider TV, Əhəd Abıyev və sonra da Hafiz Hacıyev söyüş maşını rolunu oynayıblar. Həbs edilən müxalifətçilər polis şöbələrində nalayiq söyüşlərlə bu gün də təhqir edilir. İndi də YAP bir deputatına həvalə edib bu missiyanı.
Tez-tez təkrarlanan bir ifadə var: söyüş söyüləni yox, söyənin kimliyini göstərir. Əliyevlər və YAP rejiminin mahiyyətini həm də polis orqanlarında, parlamentdə, nəzarətlərində olan mətbuatda müxalifətçilərə söyülən söyüşlər açır. Tarix onlara həm də bu baxımdan qiymət verəcək.
Bu mənfur rejim nə qədər çalışsa da Azərbaycanın demokratik qüvvələrini özlərinə oxşada bilmədi. Demokratik düşəgədən heç kim, hətta ən ağır təhqirlərin, işgəncələrin qarşısında belə söyüşü dilinə almayıb. Bunun özü də rejimi təbindən çıxaran bir məqamdır. Onlar gah özləri söyməklə, gah da Avropadakı söyüş söyən bloqerlərlə əlaqələndirməklə yaxud onlarla münaqişəyə təhrik etməklə istəyirlər ki, müxalifət təhqiri vasitə seçsin və beləliklə, demokratik düşərgə ictimai dəstəkdən məhrum olsun, tarixi missiyasından uzaqlaşsın.
Rejim nə qədər çalışsa da, dünənki adı çəkilməyə layiq olmayan deputatına hər gün bizi söydürsə də bizi öz səviyyəsinə endirə bilməyəcək.