
FƏXRƏDDİN MEHDİYEV ,
HÜQUQŞÜNAS
Koronavirus pandemiyası şəraitində dünyanın ABŞ, Almaniya, Böyük
Britaniya, İrlandiya, Kanada, Avstraliya, Hindistan, İran və bir çox ölkələri qeyri
–zoraki cinayətlərə görə məhkum edilənlərin, xroniki xəstlərin və s. azad edilməsi
praktikasının əsasını qoydular.
Bu hal bizdə də həmin sahədə addımlar atımlasına ümidlər yaratdı. Nəzərə alsaq
ki, ölkənin cəzaçəkmə müəssisələrində məhbus sıxlığı mövcuddur. Ikincisi, hüquq
müdafiəçilərinin də qeyd etdikləri kimi cəzaçəkmə müəssisələri məhbusların
saxlanma şəraitinə, xüsusi ilə sanitar- epidemieloji kriteriyalarına görə beynəlxalq
standartlara və normalara uyğun deyildir.
Ona görə də xroniki xəstələrin (xüsusui şəkərli diabet, ağ ciyər, ürək – damar
xəstələrinin və s), az ağır cinayət törətmiş məhkumların, hüquq müdafiəçisi
təşkilatlarının siyasi məhbus kateqoriyasına aid etdikləri məhbusların azad
edilməsi cəzanın sosial ədalət məqsədlərinə cavab verir. Lakin, çox təssüf ki, bu
baş vermir.
Əslində Cinayət Məcəlləsinin “ Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə”
maddəsi bu xarakterli tədbirlərinin həyata keçirilməsiin hüquqi bazasıdır. Lakin
subyektivizm və ictimai nəzarətin olmaması həmin maddənin realızasiyasında
ciddi əngəldir.
Koronovirus pandemiyası başa çatmamışdır. Həkim virusolqoların proqnozları
da nikbinliyə əsas vermir və proqnozlar var ki, koronavirusun payızda gözlənilən
ikinci dalğası daha ağır ola bilər.
Ona görə də cəza siyasətinin humanistləşdirilməsi bu günün və gələcəyin
təxirasalınmaz məsələsi olaraq qalmağdadır.
Bunun üçün, birincisi, hüquq müdafiəçilərindən, qeyri-hökümət
təşkilatlarından, jurnalistlərdən və s ibarət ictimai nəzarəti yaratmaq və cəzadan
şərti olaraq azad etmə prosesinə ictimai nəzarəti cəlb etmək lazımdır.
İkincisi, açıq tipli cəzaçəkmə müəssisindən, yəni məntəqə tipli cəzaçəkmə
müəssiələrinin istifadə imkanlarını genişləndirilməsinə ehtiyac var. Cəzaların
İcrası Məcəlləsində Cəzaçəkmə müəssisələrin növünün dəyişdirlməsi nəzərdə
tutulmuşdur. Lakin həmin maddəninin istifadəsində da cəza siyasətinin
humanistləşdirlməsi məqsədi ilə operativ və rasional yanaşmaq, və bu prosesə
də ictimai nəzarəti cəlb etmək zərurəti görünür. Bunları etmədən bu işdə əsaslı
dönüş yaratmaq qeyri – realdır.
Cəza siyasətinin humasnitləşdirlməsi təkcə sosial ədalətin həyata keçirlməsi
deyil, eyni zamanda bu iqtisadi məsələdir. Çünki Cəzaçəkmə müəssilərində
məhbusların sıxlığı həm də dövlət büdcəsinə əlavə yükdür.
Məlumdur ki, böhran anti böhran tədbirləri tələb edir. Bu sahədə anti böhran
tədbirlərinə çağırış edir.