Basqınçı(lar) iş adamına və xanımına xəsarət yetirib(lər)
Ötən gün gecə saatlarında Mingəçevirdə mənzilə basqın olub. Hadisə şəhərin Puşkin küçəsi, 37 ünvanda qeydə alınıb. Mənzilə daxil olan şəxs və ya şəxslər ev sahibi – 68 yaşlı Məhəmməd Məlik oğlu Allahverdiyev və onun həyat yoldaşı 60 yaşlı Rəna Əlihüseyn qızı Allahverdiyevaya dəmir alətlərlə xəsarət yetiriblər.
Müxtəlif dərəcəli xəsarətlər alan M.Allahverdiyev və xanımı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, gecə saat 4 radələrində M.Allahverdiyev və həyat yoldaşı R.Allahverdiyevaya təpə nahiyəsinin çapılmış yarası və göz ətrafının hematomasının diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanların ümumi vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə yazılıb.
Hadisənin baş vermə səbəbi araşdırılır.
Məlumat üçün bildirək ki ki, xəsarət alan 68 yaşlı Məhəmməd Allahverdiyev Mingəçevirdə tanınmış iş adamıdır və daha çox “sauna Mamed” kimi tanınır.
Azər