SOCAR-ın böyük rəhbərlərinin və bir qədər aşağı rəhbərlərinin nəzərinə:
Ötən həftə SOCAR- ln bütün inzibati binalarına xüsusi əməliyyat reydlərinin keçirilməsi planlaşdırılmışdı. Ola bilər, xəbəriniz var, ola da bilər ki, yox. Amma DİN xüsusi təyinatlılarının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel, yəni) əməkdaşlarının cəlb edildiyi bu əməliyyat planı ötən həftənin beşinci günü gözlənilmədən təxirə salındı. Əməliyyatda niyə DTX- dan yox, polisin gücündən istifadə etmək nəzərdə tutulubmuş, bunu deyə bilmərəm. Əməliyyat niyə son anda təxirə salınıb (və ya ləğv edilib) bunu da indi deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bu əməliyyatın təxirə salınmasını DİN- də çox təəccüblə və anlaşılmazlıqla qarşılayıblar.
SOCAR (Rövnəq A. və başqaları) rəhbərləri, xəbərin gerisini özünüz aydınlaşdırın.
Əlavə edim ki, bu əməliyyat DTX-nın Sərhəd Xidmətinə reydindən bir az əvvəl baş verməlidi idi.
azadliq.info