
Novella Cəfəroğlu: “Bunlar Əli Kərimlinin tərəfdarlarını tutmaqla Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı vermək istəyirlər?”
“Gələn həftə ərzində bir qrup insan hüquqları fəalı ilə birgə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini evində ziyarət edəcəyik. Onun problemlərini öyrənib müvafiq qurumların diqqətinə çatdıracağıq.”
Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Hüquq müdafiəçisi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçilərinin ağır ittihamlarla həbs edilməsini qəbul etmir.
“Əli Kərimlini neçə illərdir tanıyıram. O çox ehtiyatlı siyasətçidir. Bu səbəbdən Əli Kərimlinin ətrafında terror hazırlayanların, bandit qruplaşmasının üzvlərinin olmasına inanmıram. Hökumətin addımları düzgün deyil. Bunlar Əli Kərimlinin tərəfdarlarını tutmaqla Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı vermək istəyirlər? Bilməlidirlər ki, ölkəyə daha sərt beynəlxalq təpkilər hazırlayırlar,” o qeyd edib.
Amerikanın Səsi