
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
Sürəti: Azərbaycan Respublikasının Baş Prokuroru 1 dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevə ___________________________________
Bakı İnzibatı Məhkəməsinin hakimi Şəlalə Həsənovaya (Ərizənin və ona əlavə olunmuş rəsmi sənədlərin, Baş Prokurorluğa qarşı verdiyim iddiam üzrə hazırda baxılan 2-1(112)-1294/2020 saylı işə, əlavə edilməsi xahiş olunur) _____________________________
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərlərinə
30 il prokurorluq orqanlarında xidmət edən (o cümlədən könüllü olaraq Qarabağda eyzamiyyətdə olmuş) hazırda təqəüdda olan Ağacanov Tofiq Şamil oğlu tərəfindən
Sabiq Baş prokuroru Qaralovun törətdiyi cinayət əmələri və onların gizlədilməsi haqqında 4-cü dəfə A Ç I Q Ə R İ Z Ə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxış edərkən, ciddi qanun pozuntularına yol vermiş (cinayət əməlləri törətmiş) məmurların hərəkətləri barədə vətəndaşlardan daxil olmuş müraciətlərin (ərizələrin) Prezident Administrasiyasında ört-basdır edildiyi və Sizə məruzə olunmadığı kimi, PA-da nöqsanların mövcud olunmasını və hazırda PA-da vəziyyətin müsbət tərəfə dəyişdirildiyini qeyd edərək, məmurların törətdiyi qanunazidd əməlləri barədə müraciətlərin yenidən PA-na göndərilməsi, tərəfinizdən vətəndaşlara tövsiyə olunmuşdur.
Sizin bu tövsiyəsini nəzərə alıb və bundan sonra PA-da mənim müraciətlərimin gizlədilməcəyinə və Sizə məruzə olunacağına ümidverərək, sabiq Baş Prokuror Qaralovun törətdiyi cinayət əməlləri barədə, təkrarən Sizə müraciət etmək qərarına gəldim.
Bildirirəm ki, bundan əvvəl, sabiq Baş Prokuror Qaralovun yol verdiyi ciddi qanun pozuntuları və törətdiyi cinayət əməlləri, hətta, rəhbərlik etmiş olduğu Baş Prokurorluqda da, tabeçiliyində olan şəxslərlə əlbir olub cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179-cu maqddəsində nəzərdə tutulan cinayət əmələri, eləcə də, bu əməlləri ört-basdır edən, Bakı Apellyasiya və Ali Məhkəmələrinin hakimlərinin bilə-bilə ədalətsiz qərarlar qəbul edilməsi kimi törətdiyi, Azərbaycan Respublikası CM-nin 295-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri haqqında tərəfimdən Azərbaycan Respublikası Prezident Administrasiyasına və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərlərinə 30.11.2019-cu il, 25.12.2019-cu il, 17.01.2020-ci il və 14.02.2020-ci il tarixlərdə ACIQ MÜRACİƏTLƏR göndərilmişdir. Lakın, çox təəsüflər olsun ki, mənim bu müraciətlərim Sizə məruzə edilməmiş və PA -da ört-basdır edilmişdir. Məlum olduğu kimi, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunun 7.13-cü maddəsinin tələblərinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Lakın, çox təəsüflər olsun ki, bu Qanunun tələbləri ciddi pozulmaqla, Prezident Administrasiyasından mənim müraciətlərimin hamısı əməlindən şikayət etdiyim sabiq Baş Prokuror Qaralovun özünə göndərilmişdir. Baş Prokurorluqda da, Qaralov öz cinayətlərinin ört-basdır etmişdir.
Bildirirəm ki, 20 ildir (yəni Qaralov 2000-ci ildən Baş Prokuror vəzifəsinə təyin olundan bəri) Prezident Administrasiyasında Qaralovun cinayətləri gizlədilir və bu barədə ərızə və şikayətlərin hamısı qanuna zidd olaraq Qaralovun özünə göndərilir. Bu faktlar cinayəti gizlətmə kimi, ciddi qanun pozuntularına yol verilmə hesab edilmirmi??? Yoxsa bu Qanun PA-na aid deyildir və onun tələbləri də, orada xidmət edən vəzifəli şəxslərə şamil edilmir???. Müraciətlərimdə, Qaralovun cinayət əməllərini və Baş Prokurorluğunda aşağıda qeyd edilən bu cinayətlərin törədilməsini təsdiq edən, konkret və mötəbər sübutlar göstərilmişdir. Həmin sübutlar 88 vərəqədən ibarət olan, Baş Prokurorluğunun özü tərəfindən tərtib olunmuş rəsmi mühasibət sənədləri olmuşdur. Onlar, tərəfimdən müraciətlərimə əlavə edilmiş və Prezident Administrasiyasına göndərilmişdir. Bundan əlavə, şəxsən özüm də, PA-da qəbulda olaraq, həmin sübutları təkrarən məni qəbul edən məhsul vəzifəli şəxsə təqdim etmişdim. Həmin sübutlara diqqətlə nəzər yetirdikdə, mübahisəsiz olaraq müəyyən edilir ki, Baş prokuror Qaralov tərəfindən “prokurorluqda islahatlar aparmaq” aldı altında yüzlərlə professional, savadlı və vicdanlı prokurorluq əməkdaşları vəzifələrindən əsassız olaraq azad edilmiş, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələbləri ciddi pozularaq, onlar 3 ay əvəzinə, uzun müddət sərancamda saxlanılmış və sərancamda olduqları müddət üzrə də, onların əmək haqqı və həmin Qanunla nəzərdə tutulan müavinətlər ödənilməmiş və həmin vəsaitlərin hamısı Baş prokurorluqda mənimsənilmişdir. Bu şəxslərdən biri də, mən olmuşam
1)Sabiq Baş Prokuror Qaralovun ciddi qanun pozuntularına yol verməsi və məhkəmələr tərəfindən bunun ört-basdır edilməsi və Baş Prokurorluğa qarşı iddialar üzrə bilə-bilə ədalətsiz qərarların qəbul edilməsi kimi törətdikləri cinayətlərini təsdiq edən faktlar:
Belə ki, 2000-ci ildə Qaralov Baş Prokuror vəzifəsinə təyin olunan zaman, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən “Prokurorluq orqanlarında islahatların aparılması” barədə ona müvafiq tapşırıqlar verilmişdir. Prezidentin verdiyi həmin tapşırıqları yerinə yetirmək və prokurorluqda həqiqi islahatlar aparmaq əvəzinə, Qaralov ilk növbədə şəxsi-qərəzli olduğu şəxslərlə mübarizə aparmağa başlamışdır. Həmin şəxslərdən biri də, mən olmuşdum. Qaralovla mənim şəxsi-qərəzli münasibətlərinin olması, həmin vaxtı Respublikada hüquq-mühafizə orqanlarının rəhbər vəzifələində xidmət edən əməkdaşlarının əksəriyyətinə bəlli olmuşdur. (Bu barədə hazırda Baş Prokurun müavinləri vəzifələrində xidmət Rüstəm Usubova və Namiq Əsgərova da, məlum olmuşdur). Həmin vaxtı mən Bakı şəhəri Sabunçu rayon prokurorun müavini vəzifəsində xidmət etdiyim halda, heç bir əsas olmadan, Qaralov “islahat aparmaq adi altında” mənə Naxcıvan MR-nın Ordubad və Şahbuz rayonlarına, eləcə də, Respublikamızın uçqar rayonlardan biri olan Lerik rayonunda, prokurorluq orqanlarında ən aşağı vəzıfə hesab edilən, müstəntiq vəzifəsində xidmət etmək üçün, məndən buna razılıq vermə ərizə yazmağımı tələb etmişdir. (Bu barədə sübutlar təqdim edə bilərəm) Onun tələb etdiyi həmin ərizəni yazmadığıma görə o, barəmdə yoxlamalar təyin etmişdir. Fəaliyyətimdə heç bir ciddi noqsan və qanun pozuntulıarı aşkar edilməməsinə baxmayaraq, Qaralov mənim fəaliyyətimi 6 dəfə yoxlatdırmışdır. Bundan sonra da, mənim fəaliyyətimdə heç bir ciddi qanun pozuntularına yol verilməsi kimi, ciddi noqsanlar müəyyən edilməmişdir. Bunu təsdiq edən, həmin vaxtı barəmdə yoxlama aparan şəxslərin arayışlarının sürəti məndə vardır və onları mən istənilən zaman təqdim edə bilərəm. (Lakın həmin sənədlərin sürəti hazırda məhkəmədə baxılan işin materiallarında vardır). Onu da, diqqətinizə çatdırıram ki, həmin vaxtı mənim fəaliyyətimi yoxlayanlarn tərkibində, hazırda Baş Prokurorun müavini vəzifəsində çalışan cənab Namiq Əsgərov da, olmuş və barəmdə onun tərtib etdiyi arayışının sürətini də, təqdim edə bilərəm. Beləliklə, məndə olan rəsmi sənədlərdən açıq-aydın görünür ki, mənim fəaliyyətimdə heç bir ciddi noqsan və qanun pozuntularına yol verilməsi kimi, hallar olmamışdır. Lakın, bunlara baxmayaraq, Qaralov yoxlayıcıların həmin arayışlarına və rayon prokurorunun rəsmi hesabatına zidd olaraq, özündən uydurma nöqsanları əsas götürmuş, eləcə də, başqa əməkdaşlarının yol verdiyi nöqsanlarını mənə aid edib irad tututaraq, barəmdə “aşağı vəzifəyə keçirilməsi haqqında” 01 iyun 2000-ci il tarixdə əsassız və ədalətsiz əmr vermişdir. (Həmin əmrin və onu təkzib edən sübutların sürətlərini istənilən vaxt təqdim edə bilərəm). Əmr veriləndən sonra, Qaralov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 12-ci maddəsinin tələblərini ciddi pozaraq, məni 3 aydan artıq müddətdə, yəni 8 ay müddətində (01.06.2000-ci il tarixdən 14 fevral 2001-ci il tarixədək) əsassız olaraq sərancamda saxlamışdır. Məlum olduğu kimi, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası qanunun 21.5-ci maddəsinin tələblərinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Lakın, Qaralov həmin qanunun tələblərini pozaraq, sərancamda olduğum həmin 8 ay müddətdə mənə heç bir əmək haqqı verilməmişdir. Eləcə də, həmin vaxtı mənə, həmin Qanunda (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cu maddələrində) nəzərdə tutulan müavinətlərin də, heç biri ödənilməmişdir. Ona görə də, tərəfimdən məhkəmyə müvafiq iddia verilmişdir. Lakın, cavabdeh Baş Prokurorluq olduğuna və Azərbaycan Respublikasında məhkəmə sistemi müstəqil olmadığına görə, mənim iddiam üzrə ədalət mühakiməsinin prinsipləri ciddi pozulmaqla işə baxılmış, mənim müdafiə hüquqlarım ciddi pozulmuş və hakimlər tərəfindən iddiamın təmin edilməməsi haqqında iş üzrə bilə-bilə ədalətsiz qərarlar qəbul edilmişdir. Hakimlərin bilə-bilə ədalətsiz qərarlar qəbul edilməsi kimi Azərbaycan Respublikası CM-nin 295-ci maddəsində nəzərdə tutulan törətdikləri cinayət əməllərini i təsdiq edən 88 vərəqədən ibarət olan rəsmi prosessual sənədləri və mötəbər sübutlar vardır. Həmin sübutlar – çoxsaylı vəsatətlərin təmin edilməməsi, onların bəzilərinin gizlədilməsi və işə əlavə edilməməsi, məhkəmə-iclas protokolların açıq şəkildə həyasızcasına saxtalaşdırılması, hakimlərin işdə qərəzdi olduqlarına görə onlara qarşı verdiyim etirazların təmin edilməməsi, bu barədə qərarlar qəbul edilərkən hakimlərin səlahitlərinin aşıb məhkəmə sədrlərinin əvəzində qəbul etdikləri qərarlar, eləcə də, ədalət mühakiməsinin əsas prinsiplərinin pozulmasına dair (çəkişmə, məhkəmə və qanun qarşısında bərabərlik prinsipləri üzrə) digər rəsmi prosessual sənədlərindən ibarət olan sübutlar, olmuşdur. Həmin sənədlərin sürətləri tərəfimdən PA-na göndərdiyim şikayətlərimə əlavə edilmişdir. Lakın,həmin sənədlərin hamısı PA-da gizlədilmiş və ört-basdır edilmişdir. Bildirirəm ki, məndən əlavə digər çoxsaylı prokurorluq əməkdaşlarının da, bu kimi iddia tələbləri üzrə Baş prokurorluğa qarşı məhkəmələrə verdikləri iddiaların heç biri təmin olunmamışdır. Həmin şəxslərin siyahısı məndə vardır.Təqdim edə bilərəm. Beləliklə, məhkəmələrdə Baş Prokurorluğa qarşı işlərə xüsusi tapşırıqla baxılması onunla təsdiq edilir ki, Qaralov Baş prokuror vəzifəsini tutduğu 20 il ərzində Baş prokurorluğa qarşı verilmiş bu kimi iddialırın heç biri, əsassız olaraq, təmin olunmamışdır. Bu faktlar birmənalı olaraq məhkəməmələrin müstəqil olmadıqlarını, sifarişlə fəaliyyət göstərdiklərini təsdiq edir. Bu da, heç kimə sir deyildir.
2)`Sabiq Baş Prokuror Qaralovun törətdiyi cinayət hadisələri üzrə faktlar:
Bunlarla bərabər, sabiq Baş prokuror Qaralov tərəfindən törədilmiş həmin cinayətlər üzrə diqqətinizə onu çatdırıram ki, Baş Prokurorluğun mənə rəsmi qaydada təqdim etdiyi həmin rəsmi mühasibət sənədlərində (əmək haqqı cədvəlində) göstərilmişdir ki, güya sərancamda olduğum 01.06.2000-ci ildən- 14 fevral 2001-ci ilədək müddətdə, mənə 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində pul mükafatları verilmişdir (Cədvələ baxın.Onun sürətini PA-na vardır.Zəruri halda təkrarən təqdim edə bilərəm). Məlumdur ki, sərancamda olan şəxsə mükafatların verilməsi münkün ola bilməz ona görə ki, bu qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Prokurorluq qulluq keçmə haqqında“ Azərbaycsan Respublikası Qanunun 23.1.2-ci maddəsinə əsasən yalnız xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə pul mükafatı tətbiq oluna bilər. Eləcə də, həmin Qanunun 24.5-ci maddəsinə görə, pul mükafatlatrın verilməsi əmrlə rəsmiləşdirilir və bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılır. Bundan əlavə, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci bəndinə görə intizam məsuliyyəti intizam tənbeyi verilən gündən altı ay müddətində qüvvədədir və işçiyə həmin tənbey götürülmədən, heç bir mükafat verilə bilməz. Göründüyü kimi, bir tərəfdən Qaralov barəmdə “aşağı vəzifəyə keçirilməsi” kimi əmr verib məni məsuliyyətə cəlb edir, digər tərəfdən isə, mənə güya mükafatlar verir. Bu obsurd deyildirmi??? Əslində, mənə həmin mükafat verilməmiş, eləcə də, Qanuna zidd olaraq sərancamda olduğun həmin 8 ay müddətində mənə əmək haqqı da, ödənilməmişdir, Eyni zamanda, məlum olduğu kimi, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 21.5-ci maddəsinin tələblərinə əsasən prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. Bakı şəhəri Sabunçu rayon prokurorun müavini vəzifəsində olarkən mənim əmək haqqım (rütbə və iş stajı ilə birlikdə 2100 manat məbləğində təşkil edirdi. (Həmin dövr üzrə köhnə indeksləşmə ilə 317537.50 manat. Bu həmin əmək cədvəlindən görünür). Xüsusi olaraq diqqətinizə onu çatdırıram ki, Azərbaycan Respublikası prokurorluq orqanlarında məndən başqa yüzlərlə professional, peşəkər və vicdanlı əməkdaşlar həmin Qanuna zidd olaraq Qaralov tərəfindən əsassız olaraq vəzifələrində kənarlaşdırılmış, uzun müddətdə sərancamda saxlanılmış və onlara da, heç bir əmək haqqı və digər müavinətlər verilməmişdir. Həmin pullar da, Baş Prokurorluqda mənimsənilmişdir. Əgər mənimsənilmiş tək mənim əmək haqqımın məbləği 16800 (2100 X 8 = 16800) manat təşkil etmişdirsə, məlumdur ki, yüzlərlə digər prokurorluq əməkdaşlarının mənimsənilmiş əmək haqqılarının ümumi dəyəri (həcmi) on milyonlarla, yəni xüsusi ilə külli miqdarda təşkil olması, heç bir şübhə yaratmır. Bu faktı hər bir sərancamda olan prokurorluq əməkdaşı təsdiq edər. Onları müəyyən etmək də, çətin deyildir ona görə ki, onlar barədə prokurorluqda müvafiq əmrlər vardır. Həmin əmrlərin sürəti bu gün Baş Prokurorluğun Kadrlar İdarəsində saxlanılır. (Məlum olduğu kimi “Dövlət arxivi fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələblərinə görə bu kimi sənədlərin saxlanılması müddəti 75 il təşkil edir). Beləliklə, Qaralovun xidmət etdiyi (rəhbərlik etmiş olduğu) Baş Prokurorluğun özü tərəfindən barəmdə tərtib edilmiş bu rəsmi mühasibət sənədlərindən açıq- aydın görünür ki, Baş Prokurorluqda külli miqdarda dövlətin əmlakının mənimsənilməsi kimi, yəni Azərbaycan Respublikası CM-nin 179-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması öz təsdiqini tapır. Bu mülahizə deyil, bu faktdır və göründüyü kimi rəsmi sənədlə, sübutla təsdiq edilir. (Onları Sizə təqdim etmişdim. Sürətləri də, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan işdədir. Zəruriyyət yarandığı halda həmin sənədlərin sürətini təkrarən təqdim edə bilərəm). Lakın, buna baxnayaraq, Baş Prokurorluqda törəfdilmiş bu ağır cinayət hadisəsi Prezident Administrasiyasında faktiki olaraq gizlədilir, Prezidentə məruzə edilmir və Qaralovun tərətdiyi cinayətləri ört-basdır edilir. Göründüyü kimi, Baş Prokurorluqda da, Qaralovun göstərişi ilə həmin cinayətlər barədə heç bir araşdırma aparılmamış və Qanunla nəzərdə tutulan qərar qəbul edilməmiş və mənə formal cavablar göndərilmişdir.Cinayəti törədən orqanın özü (Qaralovun özü) barəsində araşdırma aparılması ədalətli hesab edilə bilməz. Bununla bərabər, Sizin diqqətinizə onu da, çatdırıram ki, sabiq Baş Prokuror Qaralovun digər cinayət hadisələrinin törədilməsi haqqında sosial şəbəkələrdə yayılmış məlumatlar da, olmuşdur. Sizə məlum olduğu kimi, Qaralovun xidmət etdiyi 20 il müddətdə, ölkədə baş vermiş məlum olan ağır və xüsusilə ağır cinayət hadisələri üzrə (Milli Məclisdə mandat alveri, Hacı Məmmədovun mütəşəkil bandasının adam öldürlülməsi və adam oğurluğu, MTN-də törədilmiş korrupsiya faktları, Bakı şəhərində bir neçə binaların fasadlarından baş vermiş yanğınları və onun nəticəsində insanlara xəsarətlərin və maddi ziyanların yetirilməsi faktları və s.r çinayətlər üzrə), həmin cinayətlərin təşkilatcıları olan yüksək təbəqəli vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi, Qaralov tərəfindən bu faktların ört-basdır edilməsi, hətta, bəzi hallarda təqsirli olmayan (JEK müdiri səviyyəsində müəyyən səlahiyyətləri olmayan) şəxslərin cinayət məsuliyyətinə əsassız olaraq cəlb edilmələri barədə KİV-də məlumatlar sızmış və FB-da tanınmış şəxslər (vəkillər və hüquqmüdafiəçilər) tərəfindən fikirlər bildirilmişdir: Qeyd etdiyim bu cinayətlər üzrə Qaralovun kifayət qədər qanunsuz əməlləri haqqında, artıq Sizə məlum olan, faktlar gətirmək olar. Lakın mən onlar barədə Sizə müraciət etmək fikirim yoxdur.Yalnız bir fakta görə- Sizə məlum olan, Hacıməmmədovun cinayətkar dəstəsinin törətdiyi xüsusi ilə ağır cinayətləri barədə Baş Prokurorluğa gəlib məlumat verən Rəna Nəsibovanın qətlə yetirilməsi faktına görə, Qaralovun barəsində cinayət işi başlanması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsaslar vardır. Bu barədə daha ətraflı və mötəbər məlumat almaq üçün FB burada baxın: https://www.youtube.com/watch?v=2_rephiIGqk.Eləcə də, bu barədə tanınmış vəkil Adil İsmayılov və digər şəxslər htərəfindən FB səhisəsində içtimaiətə yayılmış məlumatlar olmuşdur (bu səhifəyə https://www.facebook.com/adil.ismaylov baxn) Həmin məlumatlardan açıq-aydın görünür ki, Qaralovun təqsiri nəticəsində Hacı Məmmədovun bandasının törətdiyi xüsusilə ağır cinayətlərinin vacib şahidi olan Rəna Nəsibova qətlə yetirilmişdir. Belə ki, Rəna Nəsibova 11 avqust 2003-cü il tarixdə Baş Prokurorluğa gəlmiş və şəxsən sabiq Baş Prokuror Qaralovun və onun birinci müavini Rüstəm Usubovun qəbulunda olmuş, onların hər ikisinə Hacı Məmmədovun və onun bandası tərəfindən törətdiyi bir necə adam öldürülməsi və adam oğurluğu kimi, xüsusilə ağır cinayətlərin törədilməsi barədə detallı mətnində geniş məlumatlar vermişdir.Həmin məlumatlarda Rəna Nəsibova, Hacıməmmədovun dəstəsinin tərkibi, onların harada yaşadıqları və daimi olduqları ünvanları, törətdikləri cinayətlərin yeri və tarixi, üsulu, hansı avtomaşınlardan istifadə etmələri, həmin avtomobillərin harada olması, cinayət yolu ilə əldə etdikləri əmlakların harada saxlanması, onun bir hissəsinin hansı şəxslərə satılması, hazırda onların harada saxlanması və cinayətləri əhatə edən digər mühüm və ətraflı məlumatlar göstərmişdir. Eləcə də, onun təhlükədə olduğunu və Hacıməmmədovun bandası tərəfindən onun öldürüləcəyi təhlükəsinin olduğunu da, bildirirəkək, onun qorunmasını və müdafiəsinin təmin olunmasını xahiş etmişdir. Lakın, sabiq Baş Prokuror Qaralov qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmiş və törədilmiş həmin cinayətlərin vacib şahidi olan Rəna Nəsibvovanın təhlükəsizliyinin təmin olunmasından ötrü prosessual qanunvericilikdə nəzərdə tutulan tədbirləri görməmişdir.Əksinə, bu barədə Hacı Məmmədova məlumatlar ötürmüşdür. Bunun nəticəsində də, Rəna Nəsibovanın Baş Prokurorluğa getdiyini və onların törətdikləri cinayətləri haqqında məlumat verdiyini bilən Hacıməmmədov və onun dəstəsi, Rəna Nəsibovanı qətlə yetirmişdir. Onların dəstəsinin iştirakçısı olan Nuriyev Novruz Cavad oğlu Rəna Nəsibovanın işlədiyi yerə, Bakı şəhəri Yasamal rayonun ərazisində yerləşən “Knauf” firmasına gəlmiş və orada onun xidməti otağında boğaraq qətlə yetirmişdir. Həmin şəxs Rəna Nəsibovanın xidmət etdiyi otağa daxil olub orada sonuncunu ilə əlbə-yaxa olan və boğan zaman, Rəna Nəsibovanın qışqırıq və köməyə çağırdığı səslərinə Rəna Nəsibovanın iş yoldaşları gəlmişdir. Həmin şəxslər otağa daxil olmaq istədiklə, otağın bağlı vəziyyətdə olduğunu görmüş və qapını sındırıb otağa daxil olduqda, orada Nuriyev Novruz Cavad oğlunun olmasını və onun oradan qaçmağını görmüşlər. Qeyd edilən bu cinayət hadisəsi haqqında Bakı şəhəri Yasamal rayonun sabiq prokuroru Şirxan Adıgözəlov tərəfindən 06 iyul 2004-cü il tarixdə ətraflı arayışın Baş Prokurorluğa göndərilməsinə baxmayaraq, sabiq Baş Prokuror Qaralov bu arayışı nəzərə almamışdır. Əksinə, həmin cinayətin ört-basdır edilməsi üçün, onun göstərişi ilə Rəna Nəsibovanın güya narkotik vasitələrindən həddindən artıq dozada istifadə etməsi nəticəsində olmasinə dair, Mərkəzi Tibbi Ekspertizasından saxta məhkəmə-tibbi ekspertiza rəyi alınmışdır. Bundan əlavə, Qaralov Baş Prokuror vəzifəsində olarkən, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin tələblərini ciddi pozaraq, prokuror fəaliyyətindən əlavə qanunla qadağa edilən biznəs fəaliyyəti ilə də, məşqul olmuşdur: Onun “Akkord Şirkətlər Qrupu” adında böyük bir tikinti biznes müəssisənin təşkil etdiyi, Beynəlxalq Bankdan xüsusilə külli miqdarda kredit götürdüyü, həmin kreditin bu günədək tam qaytarmadığı, eləcə də, həmin şirkətdə İlqar Hacıyevlə birlikdə tikinti biznesi ilə fəaliyyət göstərdiyi də, artıq hər kəsə bəllidir. Russiya Federasiyasının KİV-də və Azərbaycan Respublikasında da, sosial şəbəkələrdə yayılmış və içtimaiətə məlum olan infornasiyaya görə, Azərbaycanın Respublikasının sabiq Baş Prokuroru Qaralova məxsus olan həmin Akkord Şirkətlər Qrupunun rəhbəri kimi qeydiyyata alınmış İlqar Hacıyevin, Qaralovla əlbir olması, RF-da vətəndaşların aldatması, onların xüsusilə külli miqdarda pullarının ələ keçirtməsi və Almaniya Respublikasına qaçması barədə məlumat yayılmışdır. Həmçinin həmin məlumatda göstərilmişdir ki, qeyd edilən bu dələduzluq faktlarına dair vətəndaşlardan Baş Prokurorluğa daxil olmuş şikayətlərə Qaralov tərəfindən baxılmamış və onlar ört-basdır edilmişdir. Qeyd edilən bu faktlar üzrə RF-da cinayət işinin başlanması və Qaralovun şəriki olan İlqar Hacıyev haqqında beynəlxalq (interpola) axtarışına verilməsinə baxmayaraq, Azərbaycan Respublikasında Qaralovun barəsində heç bir tədbir görülməmişdir.(Bu məlumatlar barədə FB-n https://www.facebook.com/Fikret.Huseynli/videos/10207891035229572/ sayıtında dərc edilibdir. Burada baxın). Göründüyü kimi, sabiq Baş Prokuror Qaralov barəsində cinayət işinin başlanmasından ötrü kifayət qədər əsaslar vardır. Lakın, bu cinayətlər barədə Prezident Administrasiyasına daxil olmuş məlumatların hamısı PA-da ört-basdır edilımişdir. Budur bu gün Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinlşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanının icrasının və İSLAHATLARIN aparılması vəziyyəti!!! Ona görə də, növbəti dəfə Sizə Açıq müraciət edərək, sabiq Baş Prokuror Qaralov tərəfindən törədilmiş cinayətlər haqqında ərizəmdə göstərdiyim bütün bu faktlar üzrə Azərbaycan Respublikası CPM-nin 204 və 207-ci maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırıma aparılmasını və onun nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməsindən ötrü yeni təyin edilmiş Baş Prokurora müvafiq göstəriş verməyinizi xahiş edirəm. Eləcə də, Bakı İnzibatı Məhkəməsinin hakimi Şəlalə Həsənovadan xahiş olunur ki, onun icraatında hazırda məhkəmədə baxılan, mənim Baş Prokurorluğa qarşı “sərancamda olduğum müddətdə əmək haqqınmın ödənilməsi və qanunla nəzərdə tutulan kompensasiyaların ödənilməsi haqqında” iddia tələbimə dair inzibati iş üzrə Baş Prokurorluğun mənim adıma tərtib etdiyi əmək haqqı cədvəlində qeyd etdiyi, sərancamda olduğum 01.06.2000-ci ildən 14.02.2001-ci illədək müddətdə, mənə güya 2000-ci ilin sentyabr ayında 225000,000 manat, noyabr ayında 225000.000 manat və dekabr aylarında 450000.000 manat, cəmi 90.000.000 manat məbləğində vrilməsi göstərilsə də, lakın həmin pulların mənə ödənilməməsi, onların Baş Prokurorluqda mənimsənilməsi və bununla da, Baş Prokurorluqda vəzifəli şəxslərin hərəkətlərində dövlət əmlakının xeyli miqdarda mənimsənilməsi kimi Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əlamətlərin aşkara çıxarıldığı əsaslara görə, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 179.2.4-cü maddəsi ilə müvafiq cinayət işinin başlanmasından ötrü, xüsusi qərardad qəbul edilməsini xahiş edirəm. (Bu barədə tərəfimdən məhkəməyə ayrıca vəsatət də, verilir və həmin vəsatət bu gün bu ərizə ilə birlikdə məhkəməyə göndərilir). Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün Kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərindən xahiş olunur ki, mənim bu açıq müraciətim “Kütləvi İnformasoya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq yayımlansın.
P.S. Hazırki müraciət Prezident Administrasiytasının rəsmi E-poçt ünvanı: office –poçtuna, Baş Prokurorluğun E-poçt ünvanı:contact@prosecutor.gov və Bakı İnzibati Məhkəməsinin E-poçt ünvanı: contact@bakuadministrativecourt.gov.az poçtuna göndərilmişdir.
Hörmətlə,
Hüquqları pozulmuş Azərbaycan Respublikasının vətəndaşı Ağacanov Tofiq Şamil oğlu
Bakı şəhəri 19.05.2020-ci il.
Müraciət Tofiq Ağacanovun FB səhifəsindən götürülüb