AXCP Niyaməddin Əhmədovun həbsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda vurğulanır ki, bu siyasi qisasçılıqdır:
Bəyanat
15 aprel 2020-ci il tarixdə güya karantin qaydalarını pozduğu üçün saxlanılan və 30 gün inzibati həbs alan AXCP fəalı və partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov barədə qondarma cinayət işi açılıb. İnzibati həbsdə olduğu müddətdə onu inzibati saxlama yerindən DTX-ya apararaq işgəncə vermiş və AXCP sədri Əli Kərimli, o cümlədən başqa partiya üzvləri haqqında yalan ifadələr verməyə məcbur etmişdilər. 10 gün DTX-da saxlanılandan sonra 9 may tarixində yenidən DİN inzibati həbs olunanların saxlanma məntəqəsinə gətirilsə də, həbs müddəti bitdikən sonra azadlığa buraxılmamışdır. 3 gün axtarışdan sonra məlum olub ki, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin DTX-da 214-1 maddəsi ilə cinayət işi açılıb.
AXCP bəyan edir ki, 30 illik siyasi tarixində bir dəfə də olsun zorakı metodlardan istifadə etməmiş təşkilatın üzvünə bu ittiham (terrorçuluğu maliyyələşdirmə) absurddur, yolverilməzdir, hüququn ayaq altına atılmasıdır, siyasi qisasçılıqdır. Niyaməddin Əhmədov məhz 19 oktyabr mitinqində Əli Kərimlini sona qədər müdafiə etdiyi üçün cəzalandırılır. AXCP nəinki bu ittihamları rədd edir, eyni zamanda tələb edir ki, dövlət səviyyəsində hüquqsuzluğa və zorakılığa bir an öncə son qoyulamlıdır. Xalq Cəbhəsi bütün vicdanlı vətəndaşları, ölkə və dünya ictimaiyyətini bu gənc və günahsız siyasi fəalın müdafiəsinə çağırır.
Bəyanatı AXCP Rəyasət Heyəti qəbul edib, mətbuat xidməti yayıb.