Milli Şuranın sədri Cəmil Həsənli
Araz çayı üzərində İran tərəfindən tikilən su elektrik stansiyası və Dağlıq Qarabağ separatçılarına Xudafərin ərazisindən çəkilən körpülərlə bağlı hökumətin “vətənə xəyanət” əməlinə bəraət cəhdləri müşahidə edilir. Bu yolverilməzdir. Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş beynəlxa münasibətlər tarixində təsadüf edilməyən sənəddir. Heç bir normal hakimiyyət işğal altında olan ərazilərindən başqa ölkəyə istifadə imkanı verə bilməz.
Sənəddə yer alan ərazi bütövlüyünün tanınması və istehsal olunan enerjinin üçüncü tərəfə verilməməsi sırf deklarativ xaakter daşıyır vədiplomatik tələdir. İran BMT sənədləri çərçivəsində bizim ölkənin ərazi bütövlüyün onlarla müqavilə, saziş və protokolda 2016-ya qədər tanıyıb. Bunun ən etibarlısı 2002-ci ildə iki ölkə arasında imzalanmış siyası müqavilədir.
Deyirlər tikinti 2006-cı ildən başlanıb. Əminliklə deyim ki, Azərbaycan rəsmilərinin şifahi və ya gizli razılığı olmadan İran tikinti işləri apara bilməzdi. Əgər bunu İran Azərbaycan hakimiyyətindən xəbərsiz edirdisə və Azərbaycan hakimiyyəti buna razı deyildisə bu gün etiraz notaları ortada olmalı idi. Notalar nəticə vermirdikdə beynəlxalq ictimaiyyətə və birliklərə müraciət edilməli idi. Heç biri olmayıb.
2016-cı il sazişi bu vətənə xəyanət xranologiyasının başlanğıcı yox, yekunudur, xəyanət prosesinin rəsmiləşdirilməsidir. Hökumət rəsmilərinin izahatları nə siyasi, nə iqtisadi, nə də hüquqi baxımdan əsaslı deyil, məsəni ört-basdır etmək cəhdidir. Əgər bu bilməyərəkdən edilibsə xəyanətlə nəticələnən diplomatik maymaqlıqdır, ayrı niyyətlə edilibsə separatçını gücləndirmək, işğalçı və işğalın möhkəmlənməsinə xidmət diplomatiyasıdır.
30 ildən çox beynəlxalq münasibətlər tarixi üzrə universitetdə mühazirlər oxumuşam. Əminliklə deyim ki, erməni separatçılarının razılığı olmadan İran onların nəzarəti altında olan ərazilərdə böyük tikinti işləri apara bilməzdi. Burada qonşu dövlət yüngül desək qeyri-səmimilik edir. Ermənistan və ya Dağlıq Qarabağ tikinti ilə bağlı danışıqları kim aparıb və gizli razılaşmalar nədən ibarətdir? Buna aydınlıq gətirilməlidir. Əks təqdirdə ermənilərin nəzarət etdikləri işğal ərazisində tikinti işlərinə razılıq vermələrinin izahı yoxdur və onların razılığı olmadan bu tikintinin aparılması nonsendir.
İqtisadi cəhətdən proyekt Azərbaycana sərfəli deyil. Göründüyü kimi su anbarlarından suvarma üçün istifadəyə baxsaq İran 80 min hektar ərazini suvara bilir, Azərbaycan 8 min. Və həmin suvarılacaq 8 min hektar ərazi də Azərbaycanın nəzarətində deyil. Aşağıdakı videonu (Vidadi bəy Abbasovun vedo təhlilini) diqqətlə izləyin. Əvəzində müqavilə imzalanan il Dağlıq Qarabağ “hökuməti” Araz boyu Cəbrayıl, Fizuli, Zəngilan ərazilərində müasir tüxniki bağlar salınmasına böyük vəsait ayırıb. 2010-ci ildə 80 milyon kv.saat elektrik enerjisi istehsal edən Qarabağ seperatçıları 2016-cı ildə 480 milyon kv.saat enerji istesal edib və hətta enerjinin artığınə Ermənistana da verib. Haradandır bu enerji?
Araz üzərindən körpülərin salınmasına razılıq vermək birbaşa xəyanətdir. Bunun ayrı adı yoxdur. Azərbaycan hakimiyyəti bu xəyanət əməli ilə təkcə beynılxalq sanksiya altında olan İrana deyil, separatçı rejimə də xaricə çıxış verib, həyat yolu verib, onun iqtisadi cəhətdən möhkəmlənməsinə, hərbi gücünün artmasına şərait yaradıb. Kim təminat verə bilər ki, bu gizli yoldan yararlananaraq düşmənin üzərimizə gələn hərbi texnikası öz yanacaq ehtiyatın tutmayıb. Yeri gəlmişkən İranla Azərbaycan və İranla Ermənistan arasında olan leqal keçid məntəqələri nəzarət altında olsa da, Xudafərin yolları nəzarətsiz və qaçaq yollardır. Bundan həm sanksiya altında olan İran faydalanır, həm də separatçı rejim. Həm də bizim əleyhimizə.
Müharibə başa çatmamış hərbi əməliyatlar ehtimalı olan ərazidə böyük su bəndlərinin tikilməsi ölkəmizin təhlükəsizliyinə birbaşa təhdiddir. Əgər xatırlayırsınızsa Qarabağ müharibəsi zamanı Mingəçevir və Sərsəng su bəndlərində baş verə biləcək təxribatla bağlı xalq necə həyacan içərisində idi. İndi növbəti bir təhdid imkanını ermənilərə “öz əlimizlə” vermişik. Qeyd edilən vəziyyətdə bu su anbarlarına ermənilər tərəfindən iki mərminin atılması Azərbaycanın mil və muğan ərazilərinin su altında qalması deməkdir. Bunu fikirləşən varmı?
Digər tərəfdən tikinti işləri Cəbrayıl rayonun 4 kəndini su altında qoyub. Araz çayının yatağının dəyişməsi Azərbaycanın İranla olan sərhədlərinin dəyişlməsi faktını doğurub. Məlum ollduğu kimi ölkənin sərhədlərində ən kiçik dəyişiklik belə ümumxalq referendumu ilə ola bilər. Tikinti layihələşdiriləndə bu mühüm amil nəzərə alınmayıb. Ümumiyyətlə bu saziş başdan-ayağa xəyanət sənədidir və Xudafərin dəryaçası üzərində saman çöpündən yapışıp kleptoratik rejimi boğulmamaqdan xilas etməyin ayrı “səmimi” bir anlamı yoxdur.