Milli Şuraya hücumlar əsasən iki şəxsi zəiflədib sıradan çıxarmaq məqsədi daşıyır. Bunlar Əli Kərimli və Gültəkin Hacıbəylidir. Hər ikisi güclü nitq qabiliyyəti ilə intelektlərini birləşdirə bilmiş insanlardır. Əli Kərimlini təcrid ediblər, məlum videoroliklərlə də Gültəkin xanımı neytrallaşdırmaq istəyirlər. Siyasi düşüncəsi yerində olanlar üçün bu qara işlərin bir əhəmiyyəti yoxdur. Necə ki, TV-lərdə hökümətin atdığı qəpik-quruşa möhtac yaşlılar üçün muğam və hind kinosu verirlər, necə ki, məktəblərdə təhsil görməyən gənclərin başını avara toy müğənniləri ilə qatırlar, belə qara piyarlar da facebookda baş girələyən siyasi düşüncəsi yarımçıq olanlar üçün bir şoudur. Bu videoların bir müsbət tərəfi də ondadır ki, hamısı sadə xalq dilində danışır, çoxumuzun içimizdən keçən fikirləri deyirlər. Mədəni danışıb milyardları oğurlayanları da görmüşük, respublikaçı dəyərlərdən danışıb karyerasını siyasi merkantilizmdə bitirənləri də görmüşük. Bizə prinsipiallığı və mövqeyi sınaqlardan çıxmış döyüş qabiliyyəti olan siyasi əskər, siyasi komandirlər lazımdır. Maqazin vitrinlərinə çıxardılmış anqloyazıçnıy cansız manikenlərə bənzər, hakimiyyətin oyuncağı olan siyasətçilərə ehtiyacımız yoxdur. Milli Şura xalqın haqlı tələblərini dilinə gətirirmi? Gətirir. Xalqa qazandırırmı? Qazandırır. Bax əsas göstərici budur. Qahirədə məhşur Əl-Əhzar Universiteti var. Bildiyimiz kimi Misir mötədil sünni təriqətinin başında duran ölkələrdəndir. Adı dəqiq yadımdan çıxıb, bu universitetdə çalışan bir din alimi şiələr haqqında tarixə düşəcək fikir demişdi. Şiələrin müsəlmanlığını sorğulayanlara cavab vermişdi ki, məgər müsəlman olmaq Əbu-Bəkri, Öməri qəbul etməkdən keçir? Müsəlman olmağın iki cümləlik şərti var. Analoji müqayisə aparsaq deyə bilərik ki, özünə hörmət edən hər bir azərbaycan vətəndaşı Milli Şuraya, Əli Kərimliyə, Gültəkin Hacıbəyliyə açıq-aşkar olan basqıları pisləməlidir. Bu adamlar siyasi kəlmeyi-şəhadətlərini gətirib xalqın 150 milyar dollar pulunu yeyib-qudurmuş bir rejimin qarşısına çıxan, yetkin dövlətçilik təfəkkürü olan adamlardır. Yarı satılmış vəziyyətdə olanlar bunun nə olduğunu anlamazlar.
Əziz Mustafa
Fb istifadəçisi