Nihad Hüseyn fb fəalı
Son iki ayda bash verənlər tarix uçun pis, tarixi deyişdirmək uçun çox yaxşı oldu. Hörmət etdiyimiz, dostumuz olan xeyli siyasətçi və ya fəalların əslində təsadüfi adamlar olduğunu görduk. Məsələnin kökundə AXCP-in dəstəklənməsi deyil, repressiyalarin pislənməsidir. Istisnasiz, siyasi xarakterli həbsler pislənməli, işgəncələrə etiraz edilməlidir.Ən qatı terrorçunun da haqlari var, dövlətin borcudur ki, təmin etsin. Amma cəbhəçilərin heç bir huququ yoxdur, onlar uçun qanunlarin heç biri işləmir. Bu, repressiya tariximizdə gorülmemiş hadisədir. Cebheçi heç yerdə işləyə bilmir, yaxın qohumlari da daxil olmaqla daim təzyiq altinda yaşayırlar. Şərlənib həbs edilirlər, hebsdə işgəncə görurlər. Insan huquq ve azadliqlarının heç biri cəbhəçilər üçün keçərrli deyil. Bunlar baş verərkən ictimai fəalların bir qismi, siyasi fəallarin əksəriyyəti susmağı seçiblər. Amma AXCP haqqında neqativ bir hadise olan kimi en qatı tənqidçiləreə çevrilirlər.Şəxsən məni onların tənqidlərindən daha çox susmaqları narahat edib. Bir siyasi fəal necə ola bilər ki, siyasi repressiyalar barede sussun? Sonra da doşüunə döyərək orda-burda özunə inqlabçı deyib, ahmet kaya fonunda ağlasın.Çox təəssüf edirəm. Yaşlı siyasətchiləri bəyənmirik, deyirik yenilər, gənc siyasetçilər gəlsin. Mən belə siyasetçiləri qəbul etmirəm, heç vaxt hörmət etməyəcəm, demokratik seçkilərdə səs verməyəcəm. Susanlar və ya danışa bilməyənlərlə yola çıxıllmaz, heç bir dəyişikliyə nail olmaq olmaz. Son deputat seçkilərində namizəd olanların əksəriyyəti repressiyaları görmur, susur.Əvvəl siyasi məhbus olmuş, işgəncə görmuş adamlar susur. Insan haqları sahəsində çalışan, layihələr həyata keçirən insanlar susur. Çox dəhşətlidir, üzücüdür.