Milli Şuranın sədri Cəmil Həsənli
Bu günlərdə Natiq bəy Cəfərli bəy “Brüssel missiyaları” ilə bağlı yenidən ictimaiyyətə doğru olmayan məlumatlar verdi. Birincisi, mən nə publik, nə ikitərfli, nə də çoxtərəfli qaydada nə Natiq Cəfərli bəydən, nə digər bir REAL rəhbərliyində təmsil olunan şəxslərdən üzr istəməmişəm, buna bənzər bir şey də ifadə etməmişəm. Ona görə etməmişəm ki, həmin məsələ ilə bağlı mövqeyimi, iradlarımı doğru hesab edirəm və bu gün də o fikirdəyəm. Natiq bəy qeyd edir ki, hansısa bir tədbirdə Cəmil müəllim mənə yaxınlaşdı və dedi ki, olan olub, keçən keçib, gəlin bu məsələni unudaq.
Natiq bəy əvvəl də bu mövzuda çıxış edib və əvvəlki çıxışlarında fantazyası daha geniş olmuşdu. İstinad edilən beynəlxalq tədbirdə məsələ belə olub. Biz Əli Kərimli bəylə bir stol (ayaqüstü) arxasında dayanıb söhbət edirdik. İlqar bəy və Natiq bəy tədbirə gəliblər. İlqar bəy bizdən yan keçib, Naiq bəy isə bizə yaxınlaşıb, salamlaşıb, kef-əhval tutub və sonra da ayrılıb. Bizim həmin ayaqüstü görüşdə ümumiyyətlə “Brüssel missiyası” ətrafında gedən müzakirələrə toxunulmayıb və hər hansı üzrxahlıq da ifadə edilməyib.
Hər hansı yanlış addıma, səhvə və böhtana görə şəxsin üzr istəməsi normal bir haldır. Amma axı burada, yalan və böhtan nədən ibarətdir? Natiq bəy deyir ki, sübuta yetirilib ki, bizim səfərimiz barədə guya mən yalan məlumat vermişəm. Elə deyil. Bir il bundan əvvəl bu adamlar birinci açıqlama verdilər ki, onları Avropa Birliyinə dəvət ediblər. Partiya sədri onlardan fərqli ikinci açıqlama verdi. Ən nəhayət, AB-nin mətbuat katibi də “Amerikanın səsi”nin sorğusuna cavab olaraq açıqlama verdi ki, nə REAL nümayəndələrini, nə də bir başqasın onlar Brüsselə dəvət edilməyiblər. Bəs onda nə düşmüşdü ki, iki məşhur REAL-çı buradan basa-basa Brüsselə gedib ölkənin maraqların əks etdirmyən sazişlə bağlı Azərbaycan hakimiyyəti üçün lobbiçilik etsin?
Həmin vaxt REAL məsələni belə qoymuşdu: nə olur olsun, orada nə yazılırsa yazılsın, yəni Azərbaycan hakimiyyəti ən prinsipial öhdəliklərdən yayınmaqla saziş imzalansın, xoşumuza gəlməsə biz ratifikasiyasına mane olaraq. Əvvəla Sizin nə gücünüz, nə imkanız var ki, kleptokratik rejimin maraqlarına uyğun imzalanmış sazişin ratifikasiyasına mane olasınız? İkincisi, “Brüssel missiyası” REAL-ın artıq xeyli əvvəl hökumətlə başlanmış “əməkdaşlığının” nəticəsi idi və həmin “əməkdaşlıq” da son vaxtlar acıq müstəviyə keçib.
Üzərindən bir il keçməsinə baxmayaraq bir daha bəyan edirəm ötən ilin aprelində Natiq və Erkin bəyləri Bürsselə Azərbaycan hökumət göndərmişdi, İlqar Məmmədovun da bundan xəbəri var idi və “çağırılmamış qonaqların” Belçika paytaxtında görüşlərini də Azərbaycanın oradakı diplomatik orqanları təşkil etmişdi. Dünən AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak “Amerikanın səsi”nə müsahibəsində dedi ki, Azərbaycanın AÇPA nümayəndə heyətində fərqli siyasi partiyalar olsa da, həmin fərqli partiyalar elə hamısı hakim partiyaya aiddir. Çox sadə!