Milli Şuranın Koordinasiya Mərkəzi növbəti onlayn toplantısını keçirib Toplantıda ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyət müzakirə olunub.
Koordinasiya Mərkəzinin üzvləri hakimiyyətin pandemiyadan sui-istifadə edərək repressiyaları gücləndirməsi, son günlər saxta ittihamlarla daha bir-neçə cəbhəçini həbs etməsi, Milli Şuranın rəhbər heyətinin üzvü kinorejissor Eldəniz Quliyevin saxlanılaraq polisə aparılması, Əli Kərimlinin qanunsuz blokadasını davam etdirməsini kəskin pisləyib və belə hallara son qoyilmasını tələb edib.
Toplantıda Azərbaycanla İran arasında imzalanmış saziş milli maraqlarımıza xəyanət kimi qiymətləndirilmiş və hakimiyyətin bu addımının ölkəmizin təhlükəsizliyini zərbə altında qoyan hərəkət hesab edilmişdir. Qeyd edilmişdir ki, ictimaiyyətin ayrı-ayrı tanınmış nümayəndələrinin sazişlə bağlı tənqidi çıxışlarından, Milli Şuranın bu sənədlə bağlı bəyanatından sonra hakimiyyət təmsilçilərinin məsələni ört-basdır etmələri, işğal altında olan ərazilərə münasibətdə aydın bir proqramlarının və möqelərinin olmamadığı təəssüf dğurur. Azərbaycana sazişlə bağlı yaranmış təhlükənin ciddiliyi nəzərə alınaraq, Koordinasiya Mərkəzi yaxın günlərdə “Qarabağ və ölkənin təhlükəsizliyi” mövzusunda mütəxəssislərin və nüfuzlu şəxslərin iştirakı ilə videokonfrans keçirmək qərarı qəbul etdb. İclasda xüsusi diqqət göstərilən məsələlərdən biri də koronavirus dövründə işləmək imkanından məhrum olan və ciddi maddi problemlər içində olan ailələrə hakimiyyətin biganə siyasətinə son verilməsi tələb olunmuşdur.