AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Əslində, demokratik dəyişikliklərin qarşısını almağın mümkünsüzlüyünü hakimiyyət də anlayır. Ancaq hər şey edirlər ki, onsuz da olan labüd olan finalı mümkün qədər uzatsınlar.
AXCP üzvləri kütləvi şəkildə repressiyalara məruz qalır, Əli Kərimli bir aya yaxındlr ki, blokada vəziyyətində saxlanılır. Məqsəd hamıya aydındlr, bu yolla cəmiyyətdə qorxu yaratmaq və ölkənin əsas müxalifət partiyasını zəiflətmək, Əli Kərimlinin yüz minlərə xitab edən təsirli çıxışlarının qarşısını almaq.
Bunun alınmadığı, əks nəticə verdiyi barədə çox yazmışıq.
Ancaq indi diqqətinizi yeni bir vacib məqama yönəltmək istəyirəm.
ABŞ Helsinki komissiyasının üzvləri, respublikaçı senator Viker və demokrat Ben Kardin ABŞ dövlət katibi Maykl Pompeoya müraciət edərək onu Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik Xidmətinin rəhbəri Borrellə danışıqlara çağrıblar. Onlar bu danışıqlarla Avropa Birliyinin Maqnitski Aktını qəbul etməsini sürətləndirməsinə və sərtləşdirməsinə nail olmağı təklif ediblər.
Məktubda açıq şəkildə bildirilir ki, pandemiya dövründə bir çox avtoritar hakimiyyətlər özlərini çox zorak aparblar və bu üzdən də repressiv və korrupsioner rejimlərlə mübarizədə ABŞ və Avropa Birliyinin əməkdaşlığı çox vacibdir.
Bax bu artıq yeni mərhlənin başlanması deməkdir. Ötən il Macarıstanın uzun müddətli müqavimətindən sonra nəhayət ki, AB Xarici İşlər Nazirlərinin toplantısında, AB- nin Maqnitski aktının qəbul etməsi ilə bağlı ilkin qərar qəbul edilib. İndi isə ABŞ bu sahədə AB ilə əməkdaşlıq etmək niyytəyini ifadə edir. Bu o deməkdir ki, artıq Azərbaycan da daxil olmaqla, avtoritar rejimlərin dünyada “qaçmağa” yeri olmayacaq. Həm ABŞ-n, həm də bu aktın qəbulundan sonra AB-nin insan haqlarını pozan, korrupsiya ilə məşğul olan avtoritar rejimlərin məmurlarına qarşı birgə sanksiya tətbiq etməsi, Azərbayca da daxil olmaqla zorakı hakimiyyətlərin əl qolunu bağlayacaq. Bundan sonra öz xalqını əzən Azərbaycan iqtidarı, istər total korrupsiya əməllərinə, istərsə də müxalifətə qarşı olan represiyalarına görə ABŞ və AB ilə toqquşmalı oçacaq.
Bundan əlavə, bildiyiniz kimi, ABŞ Konqresinə koronavirus epidemiyasından istifadə edərək insan haqlarını boğan avtoritar rejimlərə qarşı mübarizəni gücləndirəmək üçün yeni qanun layihəsi təqdim olunub. Layihə belə adlanır. “Pandemiya dövründə insan hüquqlarını müdafiə Aktı” (Protecting Human Rights During Pandemic Act).
Bu onu göstərir ki, əslində koronavirusu müxalifəti əzmək üçün fürsət bilən avtoritar rejimlər, öz artan zorakılıqları ilə əks nəticənin yaranmasına zəmin yaradıblar. Beynəlxalq aləmi qıcıqçandırıb, özlərinə qarşı münasibəti daha da sərtləşdiriblər.
Bu sırada bizim yerimiz hardadır bəs?
AXCP- yə olan repressiyalar və Əli Kərimlinin blokadası bizim ölkəni qlobal demokratiya dalğasının qarşısına çıxarıb. Diqqət edin. ABŞ Helsinki komissiyasının sədri konqresmenlər Alce L. Hastinq və həmsədri senator Roger Viçker dünən birgə bəyanat verərək AXCP üzvlərinin kütləvi həbsini və Əli Kərimlinin blokadasını siyasi zorakılıq aktı kimi kəskin şəkildə pisləyiblər. Nə qədər təəssüf doğuran hal olsa da, bu gün, koranavirusdan öz xalqını və müxalifəti əzmək üçün bəhəna kimi istifadə edən lider ölkə olduğumuzu artıq dünyada hamı bilir. Demək, ABŞ və AB – nin yaxın gələcəkdə avtoritarizmə qarşı təzyiqlərinin əsas hədəf ölkəsnin məhz Azırbaycan olacağı daha real görünür.
Dostlar, fərqində olmalıyıq ki, qarşıdan yeni bir mərhələ gəlir və bu günkü çətinliklərə baxmayaraq səbr və iradə ilə mübarizəmizi davam etdirməli, nəticənin çox da uzaqda olmadığına əmin olmalıyıq.