Milli Şuranın sədri Cəmil Həsənli
Artıq altı həftəyə yaxındır AXCP üzvü Aqil Hümbətov qanunsuz olaraq Psixotriya xəstəxanasında saxlanılır. Əvvəl də yazmışam və bir daha bildirirəm ki, Psixotriya xəstəxanası həbsxana deyil və vətəndaşı məhkəmə hökmü ilə xəstəxanada saxlamaq tamamilə qanunsuzdur. Əgər vətəndaş qeyd edilən xəstəxanada stasionar müalicədən imtina edirsə və ruhi xəstəxanada qalmaq istəmirsə onun özündən və ya yaxın qohumundan bu haqda ərizə alınır və həmin şəxs evinə buraxılır.
1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov bildirib ki, «Aqil Hümbətov xəstəxanaya məhkəmə qərarına əsasən, polis müşayiətiylə Təcili Tibbi Yardım avtomobilində gətirilib». Bu Ağasəlim “həkim” başa düşmək istəmir ki, psixiattriyadan siyasi məqsədlər üçün istifadə etmək “карательной медицины” adlanır və buna görə o, qanun qarşısında məsuliyyət daşıyır. Özünə hörmət edən bir həkim sağlam olduğuna görə məhkəmənin qərarı ilə evinə buraxılmış bir şəxsi ikinci dəfə ruhi xəstəxanaya qəbul etməməli idi və vətəndaş tələb edirsə onu öz ərizəsi ilə evinə buraxmağa borclu idi. Əgər bunları etmirsə deməli o, rəhbərlik etdiyi xəstəxanada “карательной медицины” ilə məşğuldur.
Aqilin 3 körpə balası var. Min bir əziyyət hesabına o, ailəsini dölandırırdı, uşaqlarına çörək apara bilirdi. Aqil öz haqqın tələb edirdi, uşaq pulu istəyirdi. Həmin uşaq pulunu İlham Əliyev guya yoxsulluğu 5 faizə endirdiy üçün 2006-cı ildə ləğv etmişdi. 14 ildir bu korrupsiya çetəsi uşaqların pulunu da yoxsul və imkansız ailələrin əlindən almışdır.
Hətta, dünən İlham Əliyevin dünyanın 1 nömrəli siyasətçisi elan etdiyi Putin də bu ilin yanvarından başlayaraq hər uşağa görə ailələrə 5500 rubl müavinət ödənilməsi, uşaqlara qulluğa görə analara ödənilən müavinətlərin həcmini 3375 rubldan 6751 rubla qaldırdı və həm də bu müavinəti yalnız işləyən analar deyil, işləməyən analar, o cümlədən tələbə analar da alacaq.
Aqilin heç bir xəstəliyi yoxdur. O, uşaqlarının haqqını istəyirdi, 14 ildir İlham Əliyevin korrupsiya güruhunun mənimsədiyi Azərbaycan körpələrinin haqqını. Məhz bunu istədiyinə görə saxta polis aktı, saxta məhkəmə qərarı, saxta şahid ifadələri və saxta həkim rəyi ilə o, məcburi qaydada ruhi dispanserə yerləşdirilib. Cəmiyyət Aqilin müdafiəsinə qalxmalıdır. Bir vaxtlar Heydər Əliyevin KGB-də istifadə etdiyi “карательной медицины”nın yenidən ölkəyə ayaq açmasına yox deməlidir.
Çünkü bu zəng təkcə Aqil üçün çalınmır. Sabah çoxları bu zəngin sədasından ruhi sarsıntılar keçirə bilər. Bu bir testdir. İlham Əliyev pandameya dövründə bunu sınaqdan keçirir. Əgər “uğurla” nəticələnsə o, öz əleyhdarlarına qarşı mübarizədə, müxalifətçiləri fiziki cəhətdən şikəst etməkdə yeni bir cəza fürsəti əldə edəcək. Dünən Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədri Alsi L.Hastinqs və həmsədri, senator Rocer Viker global pandameya dövründə Azərbaycanda baş verənlərdən dəhşətə gəlib birgə bəyanat imzalayıblar. Aqil Hümbətovun da nahaqdan cəzalandırıldığı orada qeyd edilir.