Emil Səlim
Bu gün bir ay olur ki, Əli Kərimli blokada şəraitində saxlanılır. Nüfuzlu ictimai-siyasi xadimlər, aktivistlər, sadə vətəndaşlar müxalifət liderinə qarşı bu yeni təcridetmə üsulunun rejimə nə qazandırdığını və doğuran nəticələrini hesablayırlar, təhlilləri yazıb bölüşürlər. Əksəriyyət qəbul edir ki, bu bir ay müddətində Əli Kərimli və onun timsalında həqiqi müxalifət qazandı, itirən isə yenə hakimiyyət oldu.
İtirdi, ona görə ki, bütün ölkə ictimaiyyətinin diqqətini bu məsələyə fokslaşdırdı, Əli Kərimlinin çıxışları “qadağan olunmuşa daha böyük maraq” fəlsəfəsilə daha geniş auiditoriya qazanaraq əlavə yüz minlərin maraq dairəsinə daxil olmuş oldu. Eyni zamanda, bu təcridetmə siyasəti milyonlarla narazı kütləyə çıxış yolu kimi məhz Əli Kərimli liderliyində bir müxalifət koalisiyasını gündəmə gətirdi, onun adı üzərində qətiyyətli lider, bacarıqlı siyasətçi imicini gücləndirmiş oldu.
Azərbaycan hakimiyyəti pandemiya dövründə müxalifətə qarşı fürsətcil şəkildə başlatdığı mübarizə ilə həmçinin beynəlxalq birliyin də mənfi mənada diqqətini çəkdi. Azərbaycandakı rejimə qarşı sərt bəyanatlar “dünya avtotitarizmi ilə mübarizə” kontekstində səsləndirildi, beyxəlxalq ictimaiyyyət belə rejimələrə qarşı birgə mübarizı təşkil etməyə çağırıldı.
İndi isə növbə Azərbaycan hakimiyyətinindir. Onlar da hesablayıb, götür-qoy etsinlər. Rejimə hansı şəraitdə mübarizə aparan Əli Kərimli daha çox sərf edir və ya daha böyük zərbə vurur. Amma bunu mütləq nəzərə almalıdırlar ki, daha əvvəlkitək seçim şansları çox deyil, şərtlər də mövcud status-kvonu saxlamaq üçün əlverişli deyil. Hansı qərarı verəcəklərindən asılı olmayaraq dünya artıq dəyişir və qeyri-demokratik rejimlər də dəyişməyə məhkumdur!