Milli Şuranın sədri Cəmil Həsənli
Milli Şuranın qapalı iclasının video materialının yazılması və yayılması Azərbaycan hakimiyyətinin kibercinayətkarlıqla məşğul olduğunun daha bir təsdiqidir. Faktiki olar Dövlət Təhlüksizliyi Xidməti ölkə qanunlarının və Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərin, qoşulduğu beynəlxalq konvensiyaların, o cümlədən Birləşmiş Millətlərin kibercinayətkarlığı qadağan edən sənədinin əksinə olaraq müxalif ictimai-siyasi qurum olaraq Milli Şuranı izləyib, onun toplantılarını yazıb və ondan siyasi məqsədlər üçün istifadə edib.
Şübhəsiz ki, bu ciddi qalmaqaldır. Qalmaqalın mərkəzində dayanan müxalifətin izləməsi faktı ortadadır. Belə bir sual yaranır: dövlət təhlükəsizlik orqanları Milli Şuranın Zoom proqramı vasitəsi ilə keçirilən qapalı toplantısını necə izləyib? Məlum olduğu kimi Zoom toplantılarına yalnız dəvət edənin icazəsi ilə qatılmaq olar. Bəs çağırılmamış “qonaqlar” bu toplantıya (yəqin ki, digər toplaılara da) necə təşrif buyurublar. Deməli Milli Şuranın toplantılarını, eyni dərəcədə internet vasitələri üzərindən olan daxili müzakirələrini, daxili yazışmalarını İlham Əliyevin kleptokratik rejimi, ilk növbədə isə təhlükəsizlik xidməti izləyir. Bu müxalifətə qarşı dövlət təhlükəsizliyi orqanları tərəfindən həyata keçirilən bir qanunsuz əməliyyatdır.
Deməli, Milli Şuranın bu toplantısı və bunun kimi digər internet üzərindən olan daxili yazışmaları, qapalı müzakirələrini Əliyev rejim izləyir. Bu əməliyyatın arxasında dövlət xidmət orqanları və Azərbaycan hökumətinin müştərisi olduğu, İsrailin NSO şirkətinin Pegasus kibercasusluq mərkəzinin dayandığı daha çox ehtimal ediləndir. Bu istiqamətdə araşdırmalar davam etdirilir. Bilirsiniz ki, NSO şirkəti hal-hazırda avtoritar rejimlərə kibercinayət məsələsində xidmət göstərdiyində şübhəli bilinərək ABŞ-da məhkəməyə verilib. Ona qarşı irəli sürülən ittihamların içərisində Azərbaycanının kleptokratik rejiminə qeyd edilən istiqamətdə xidmətlər də var. Halbuki, bu şirkət belə xidmətləri yalnız terrorizmə qarşı mübarizə sahəsində göstərə bilərdi. Hazırkı anda isə bu xidmət kleptokratik rejimin müxalifəti təqib etməsinə, izləməsinə, kibercinayətkarlıq yolu ilə məlumatların əldə edilməsinə yönəlib.
Baş verən kibercinayətkarlıq faktı həm də Əliyev rejimin pandemeya dövründə öz əleyhdarlarını təqib etməsinin daha bir ifadəsidir. Ən nəhayət, fikrimizcə öz peşəsinə hörmətlə yanaşıan hər bir jurnalsit kleptokrat bir rejimin kibercinayətkarlıq yolu ilə əldə etdiyi videomaterialların siyasi məqsədlərl üçün yayılmasının iştirakçısı olmaqdan çəkinməlidir. Bu yolla əldə edilən materialları yaymaq kibercinayətkarın əməlinə şərik olmaq təəssüratı yaradır.