Ilham Hüseyn
Bu gün Əli Kərimlinin blokadasının 30 günü tamam olur. 30 gündür ki, “analoqsuz inkişaf” komandası, analoqsuz cılızlıq nümayiş etdirir. Bu həmin komandadır ki, 750 mindən artıq üzvü olduğunu iddia edir. Seçicilərin 90 faizinin səsin aldığın tirajlayır. Xalq-hakimiyyət birliyinin ən yüksək səviyyədə olduğuna inandırmağa çalışır. Amma bu komanda müxalifət liderinin 7 kvadratlıq otağı qarşısında dəli olub. Bəli, 30 gün əvvəl qərar verdilər ki, Əli Kərimlinin internetin, telefonun kəssinlər.
Əli Kərimlinin həqiqətləri, rejimin yalanların “soyqırım”a məruz qoyurdu. Amma “hirsli başda ağıl olmaz” deyimi, öz mötəbərliyin bir daha sübut etdi. Əli Kərimlinin internetinin kəsilməsi, onun səsinin kəsilməsinə xidmət edə bilmədi.
- Məlum oldu ki, Əli Kərimlinin “repertuar”ına bələd olan yüzlərlə cəbhəçi var və bu cəbhəçilər istənilən vaxt “ucadan oxumaq” a hazırdı.
- Blokadadakı Əli Kərimli daha çox müzakirə mövzusuna çevrildi, daha çox insanın maraq dairəsinə düşdü.
- Ötən 30 gün ərzində Əli Kərimlinin 10 il ərzində sosial şəbəkələrdə yayılmış çıxışları təkrar-təkrar cəmiyyətə təqdim edildi. Yəni, son 10 ilin prezentasiyası oldu və prinsipial siyasət, sabitqədəmlik, əqidəyə sədaqət bir daha xronoloji olaraq təqdim edildi.
- Əli Kərimlinin son müsahibələri daha çox baxış sayı qazandı və yutubdan kənar platformaları da bəzədi
- Cəbhəçi ailəsinin bütün situasiyalara hazır olduğu, liderinin təcrid olunduğu şəraitdə çaşbaş qalmadığı, daha məhsuldar fəaliyyət göstərdiyi ortaya çıxdı.
- Hakimiyyət nümayişkəranə hücumla real alternativi, mübarizənin ünvanın, əsas qüvvəni cəmiyyətə göstərmiş oldu.
- Müxalifət liderinə qarşə bu rüsvayçı hücum beynəlxalq aləmin diqqətindən yayınmadı. Nüfuzlu mətbuat orqanları, hüquq müdafiə təşkilatları, siyasi qurumlar Azərbaycanda başverənlərə münasibət bildirdi. Ən son olaraq isə Amerikadan etiraz bəyanatı gəldi.
- Təcridetməni həyata keçirməklə Əli Kərimlini unutdurmaq istəyən rejim, Əli Kərimlini hər günün mövzusuna çevirmiş oldu.
Bir sözlə, bu hücumun nəticəsin hesablamaq çox asan oldu. Rejim mənəvi-siyasi baxımdan bütün “qoşun”ların itirdi. Hücuma məruz qalan tərəf isə, qətiyyən müdafiəyə çəkilmədi. Əks hücumla qarşı tərəfin planların bombaladı.
Beləliklə, rejimin “təcrid taktikası”, AXCP-nin təcrid qələbəsinə xidmət etdi.
Həm də bu təcridin 30 gündür davam etməsi, acı məğlubiyyətin acizanə etirafıdı.
30 günlük təcriddən sonra Əli Kərimli siyasi kapitalın biraz da artırdı. İnternetkəsənlər dəstəsi isə siyasi devalvasiyaya məruz qalaraq, “maliyyə” itkisiylə üzləşdi.
İndi uduş səhmləri AXCP liderindədi.
Cənablar, təcridə davam edin!
Onsuz da interneti kəsməklə, siyasi ömrünüzü kəsilməkdən xilas edə bilməyəcəksiz.