Dövlət səviyyəsində həyata keçrilən kibercinayətkarlıqla bağlı AXCP bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Hakimiyyət AXCP-yə qarşı kiber hücumları davam etməkdədir. 13 apreldən AXCP sədri Əli Kərimlinin mobil və daimi interneti hakimiyyət tərəfindən kəsilmişdir. Onun xidmətindən istifadə etdiyi SAZZ şirkəti 17 apreldən təmir üçün modemi aparsa da hələ də geri gətirməmiş və bu barədə hər hansı açıqlama və birbaşa məlumat verməmişdir. Bu günə qədər cəmi bir dəfə 3 saatlığına Əli Kərimlinin mobil interneti verilmiş sonradan kəsilmişdir. Bundan Əlavə AXCP Rəyasət Heyətinin üzvü, Gənclər Komitəsinin sədri Emil Səlimin, AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynin və Gənclər Komitəsinin funksionerləri Orxan Səlimzadə və Emin Manıyevin fb profilləri hak edilərək ələ keçirilmişdir. AXCP Rəyasət Heyətinin üzvləri və keçmiş siyasi məhbuslar Fuad Qəhrəmanlı, Asif Yusiflinin və Məmməd İbrahimin adına saxta FB və digər sosial şəbəkə hesabalrı (səhifələr) açaraq onalrın adından yazışmalar edib cəmiyyətdə yalnış rəylər yaratmağa provakasion cəhdlər edilir. AXCP bəyan edir ki, baş verənlər qanunla cinayət hesab olunan əməldir və bunun dövlət orqanları tərəfindən edilməsi həm təhlükəli həm də utancverici mənzərə yaradır.
Narahatlıqla bildiririk ki, dövlət səviyyəsində sanksiyalaşdlrılmış kibercinayətkarlıq siyasi rəqiblərə qarşı bir təzyiq mexanizmi kimi işlədilir və siyasi hüquq və azadlıqları, eləcə də şəxsi həyatın toxunulmazlığını ciddi şəkildə pozur.
Eyni zamanda biz cəmiyyətimizi də heç bir mənəvi , əxlaqi, siyasi və hüquqi çərçivəyə sığmayan, bu kibercinayətkarlıq hallarına qarşı öz etirazını bildirməyə, əsas problemlərdən diqqətini yaylndlrmamağa və hakimiyyətin çirkn davranışlarını pisləməyə çağırırıq .
AXCP olaraq hakimiyyətdən bir an öncə dövlət səviyyəsində həyata keçirilən bu kibercinayətə son verməyi tələb edirik. Hakimiyyət anlamalıdlr ki, cəmiyyətdə ikrah yaradan, Azrbaycan dövlətinin beynəlxaq səviyyədə imicinə ciddi zərbə vuran, bu cür qanunsuz əməllərlə demokratik müxalifətin diqqətini cəmiyyətin sosial problemlərindən yayındırmaq mümkün olmayacaq .
Bu cür kriminal yollarla ictimai rəyi çaşdırmağa, demokratik proseslərə zərbə vurmağa çalışan hakimiyyət bilməlidir ki, hazırkı böhran vəziyyətindən çıxış yolu, məhz ölkədə real islahatlara başlamaqdan və cəmiyyətin tələblərini eşitməkdən keçir”.