Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal
Gün ərzində mənim inboxsuma dostlardan çoxsaylı müraciətlər daxil olub və məndən dünən sosial şəbəkələrdə Milli Şuranın Koordinasiya Mərkəzinin onlayn iclasında nələrin baş verməsi haqqında məlumat verməyimi xahiş edirlər…Həmin iclas 2 saat davam edib …Hakimiyyət ogru sallaqxana pişikləri kimi kibercinayət edərək İsraildən dövlət hesabına aldıqları casus avadanlıqları vasitəsilə qanunsuz olaraq iclası izləyib videoya alıblar…İclasda bir çox məsələlər müzakirə edilib..O məsələlərdən biri də Eldəniz Quliyevin yazdığı statusla baglı olub…İclasın sosial şəbəkələrdə yayılan hissəsində dogurdan da xoşagəlməz ifadələr yer alıb və sonrakı çıxışlarda bu ritorika KM-nin üzvləri tərəfindən tənqid edilib və həm bu xoşagəlməz ifadələr..həm də Eldəniz bəyin statusu kəskin tənqid edilib…Hər bir insanın öz şəxsi həyatı var və bu həyata qarışmağa heç kəsə icazə verilməməlidir…İnteqrasiya olunmaq arzusunda olduğumuz Avropanın liberal dəyərləri də bunu tələb edir…Lakin və amma…Vətəndaşln şəxsi həyatına qarışmaq…onun bütün kommunikasiya vasitələrini daim nəzarətdə saxlamaq…insanın ləyaqətini alçaldan..şər və böhtan xarakterli məlumatları əxlaqsız saytlara ötürmək …ailə televiziyası funksiyasını yerinə yetirən Real Tv ekranlarından əxlaqsız və əqidəsiz bir zatın dilindən səsləndirmək özünü analoqu olmayan hakimiyyət hesab edənlərə yaraşırmı? İki dəqiqəlik video görüntüləri fürsət bilib Milli Şuraya..onun üzvlərinə hücuma keçənlər o vaxt niyə susmuşdular…Xudafərinqeyt faktına …milyardlarla vəsaitin ölkədən çıxarılmasına…amansız repressiyalara susqun qalanlar bu fürsətdən yararlanmağa çalışırlar..Hakimiyyətin trol sürüsü ilə məsələ aydındır…bəs müxalifətə müxalifətçilik edənlər nədən sevincək olublar..Bir partiya liderinin bir aydan artıqdır məcburi ev dustaqlığına reaksiyanız niyə gecikir?Axı bu günlərdən sizin üçün də var..Repressiya aparatı bütün cəmiyyətə qarşıdır..
Dünən qeydiyyatda olduğum ünvana əvvəllər də məni mənəvi terror edən Real Tv-nin əməkdaşları başda Cəlal Əliyevin ,,dostu,, Mirşahin olmaqla təşrif buyurublar və qonşulardan mənim əleyhimə müsahibələr almağa cəhd ediblər…İnsanlar bu şər və böhtan sürüsünü ağır sözlərlə yamanlayıb ordan qovublar..Şəxsi həyata müdaxilə…şər və böhtan kompaniyasına rəvac verən bu hakimiyyət xalqdan özünə qarşı yaxşı heç nə gözləməməlidir…Pandemiya dövrü ölkə üçün ağır dövrdür..bu dövrü rahat və az itki verməklə ötürmək hakimiyyətin bir nömrəli vəzifəsidir…Xalqı özündən narazı salmaq…ac qoyduğunuz insanlara qarşı repressiya siyasəti aparmaq…haqq səsini ucaldan insanları izləmək və mənəvi terror eləmək hakimiyyətə yaxşı heç nə vəd eləmir..Nə qədər ki, gec deyil DAYANIN cənablar…