Mübariz Məsim oğlu
Son zamanlar artıq yaxın dostlar da (hakimiyyət təmsilçilərinin və onlara quyruq bulayan trolların arqumentlərini nəzərə almıram) müxtəlif zaman və məkanda, gerçək həyatda və virtual aləmdə mənə Gültəkin xanımın kemişdə və indi hakimiyyətin xeyrinə və əleyhinə etdiyi çıxışlarının fraqmentlərini təqdim edərək onun riyakar olmasını sübut etmək istəyirlər.Dünən eyni arqumenti ikili bucaq verilişində aparıcılar da ayrıca sual şəklində onun yolunun üstünə dığırladıblar. Hesab edirəm ki, Gültəkin xanım özünün səviyyəli, məntiqli, səmimi fikirləri ilə bu atqumentasiyanı darmadağın edib və qananlar üçün onun daşının üstündə daş qoymayıb.Çox qəribədir, minlərlə adam müxalifət düşərcəsindən əqidəsini, vicdanını ordenə, medala, pula, vəzifəyə sataraq dünən asıb kəsdiyi, söydüyü, nifrət etdiyi hakimiyyətin bu gün bığının altında keçib onu öyməklə məşğuldur. Gültəkin xanıma guya zəif nöqtədən atəş edənlərin heç birisi bu zadların Axilles dabanına nəinki ox atırlar heç dönüb həmin yerə nəzər də salmırlar. Halbuki, Gültəkin xanım iqtidarda olanda da vicdanını itirməyib, siyasi məhbusların azad olunması uğrunda mübarizə aparıb. Hatta bir kimsənin o zaman bir sözünü iki etmədiyi Ramiz Mehdiyevin hazırlatdığı iki gəncin torbasını tikən hazır məqalənin altına imza atmayıb. Bunun ona nəyin bahasına başa gələcəyini bilə – bilə. Xanım komfort həytını məşəqqətli həyata dəyişib haqq uğrunda mübarizəyə davam deyib. Mənəm – mənəm deyən bu axmaq arqumentlə ona hucum edən insanlar onun məqamında və yerində olsaydılar onun elədiyinin mində birini edə bilərdilərmi? Edə bilsəydilər çoxdan tutduqları kor arqumentin quyruğunu baraxardılar. Gültəkin xanım təqdir ediləsi addımlar atıb. Və onun atacağı əsas addımlar hələ qabaqdadır. Qəzası mübarək olsun.